Zərdabda abadlıq və quruculuq işləri sürətlə həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəllifi olduğu regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının uğurlu icrası nəticəsində bütün ölkə ərazisində olduğu kimi Zərdab rayonunda da genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri həyata keçirilir
Qanunla.Az xəbər verir ki, Ramiz Kərimov dalan 2 küçəsində yaşayan sakinlər yaşadığları küçənin yararsız vəziyyətdə olması ilə bağlı Zərdab rayon Yol İstismar idarəsinin müdiri Aydın Cəfərova müraciət ediblər.
Sakinlər bildirirlər ki, yağış yağdıqda,yağış sularından küçədə gölməçələr əmələ gəlir və palçıqdan uşaqlar məktəbə getməkdə çox əziyyət çəkirdilər.
Bununla bağlı Yol İstismar idarəsinin müdiri Aydın Cəfərova müraciət etdik müraciətimiz qısa müddətdə öz həllini tapdı. Buna görə şəxsən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri cənab Saleh Məmmədovav və Aydın Cəfərova təşəkkür edirik!
Bu gün göründüyü kimi küçəmizdə abadlıq işləri aparılıb və yola çınqıl daşları tökülərək sakinlərin rahat və təhlükəsiz hərəkətləri təmin edilib.
Vüqar Rəhimov