Ölkəmiz qarşılıqlı etimada, uzunmüddətli əməkdaşlığa və tərəfdaşlıq prinsiplərinə üstünlük verir.
Bu gün Azərbaycan qazı bir sıra Avropa ölkələrinin enerji balansında mühüm yer tutur. Hər il yeni ölkələr Azərbaycan qazının alıcıları sırasına qoşulur. Bu isə ölkəmizin beynəlxalq enerji bazarında etibarlı tərəfdaş kimi nüfuzunu daha da artırır. Azərbaycanın enerji siyasəti heç vaxt siyasi təzyiq vasitəsi kimi istifadə olunmayıb. Əksinə, ölkəmiz qarşılıqlı etimada, uzunmüddətli əməkdaşlığa və tərəfdaşlıq prinsiplərinə üstünlük verir.
Bu uğurların əldə olunmasında tərəfdaş ölkələrin, beynəlxalq maliyyə institutlarının və enerji şirkətlərinin də böyük rolu olmuşdur. Məhz birgə əməkdaşlıq sayəsində bu nəhəng layihələr reallığa çevrilmişdir. Azərbaycan hər zaman tərəfdaşlarına sadiq qalmış, üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam şəkildə yerinə yetirmişdir.
Enerji təhlükəsizliyi yalnız enerji istehsalı deyil, həm də etibarlı nəqliyyat marşrutlarının yaradılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və enerji bazarlarında sabitliyin qorunması deməkdir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələrlə həm regionun, həm də Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verməyə davam edir.
Bu gün dünyada enerji təhlükəsizliyinin əhəmiyyətinin artdığı bir dövrdə Azərbaycan öz strateji mövqeyi, zəngin enerji resursları və uzaqgörən enerji siyasəti ilə qlobal enerji xəritəsində xüsusi yer tutur. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr gələcək illərdə də beynəlxalq enerji əməkdaşlığının inkişafına, enerji təhlükəsizliyinin möhkəmlənməsinə və ölkələr arasında qarşılıqlı etimadın güclənməsinə xidmət edəcəkdir.
Rasim Hüseynov – Zərdab Rayon Ağsaqqallar Şurasının sədri
























