image-qanunla-reklam
image-1654072168_a0ba564b62511a4f30978dc58bd2a109

Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı

image-lady-day-az

Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı.    

 

Azərbaycanın enerji inkişafının əsası Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədə siyasi sabitliyi təmin etdi və iqtisadi inkişaf strategiyasının formalaşdırılmasına başladı. Həmin dövrdə Azərbaycan böyük iqtisadi çətinliklərlə üzləşsə də, zəngin enerji ehtiyatlarından səmərəli istifadə imkanları mövcud idi. Bu imkanların reallaşdırılması məqsədilə yeni neft strategiyası hazırlanmışdır. 1994-cü il sentyabrın 20-də Azərbaycanın enerji tarixində dönüş nöqtəsi hesab olunan “Əsrin müqaviləsi” imzalandı. Müqavilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsini nəzərdə tuturdu. Sazişdə dünyanın aparıcı neft şirkətləri iştirak edirdi. “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq enerji bazarına inteqrasiyasını təmin etdi. Bu müqavilə ölkəyə milyardlarla dollar həcmində xarici investisiyanın cəlb olunmasına şərait yaratdı. Azərbaycanın enerji sektoruna müasir texnologiyalar gətirildi. Neft sənayesində yeni idarəetmə və istehsal standartları tətbiq edildi. Bunun nəticəsində ölkənin iqtisadi inkişafı sürətləndi. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi enerji strategiyasının həyata keçirilməsində İlham Əliyev də mühüm rol oynadı. O, həmin dövrdə SOCAR-ın birinci vitse-prezidenti kimi beynəlxalq danışıqlarda fəal iştirak edirdi. Yeni neft strategiyasının hazırlanması və həyata keçirilməsinə töhfələr verdi. 1996-cı ildə “Şahdəniz” qaz yatağı üzrə mühüm saziş imzalandı. Bu layihə Azərbaycanın gələcək qaz ixracatçısı kimi mövqeyini gücləndirdi. Sonrakı illərdə ölkənin enerji potensialı daha da genişləndi. 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradıldı. Fondun əsas məqsədi neft gəlirlərinin səmərəli idarə olunması və gələcək nəsillər üçün qorunması idi. Bu addım enerji gəlirlərinin şəffaf və məqsədyönlü istifadəsinə imkan yaratdı. 2002-ci ildə Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin təməli qoyuldu. Bu layihə Azərbaycan neftinin dünya bazarına təhlükəsiz və etibarlı şəkildə çıxarılmasını təmin etdi. Kəmər regionun enerji təhlükəsizliyində mühüm rol oynadı. 2006-cı ildə Bakı–Tbilisi–Ceyhan kəməri tam istifadəyə verildi. Həmin il Azərbaycan dünya enerji bazarında strateji tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirdi. Neft ixracından əldə olunan gəlirlər ölkənin sosial-iqtisadi inkişafına yönəldildi. 2007-ci ildə Bakı–Tbilisi–Ərzurum qaz kəməri istifadəyə verildi. Bu layihə Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılması üçün yeni imkanlar yaratdı. Ölkənin enerji ixracı yalnız neftlə məhdudlaşmadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji strategiyası yeni mərhələyə qədəm qoydu. Azərbaycanın enerji diplomatiyası genişləndirildi. Avropa və digər tərəfdaş ölkələrlə enerji əməkdaşlığı gücləndirildi. 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməli qoyuldu. Layihə Azərbaycan qazının Avropa bazarlarına nəqlini nəzərdə tuturdu. Bu təşəbbüs Avropanın enerji təhlükəsizliyində mühüm əhəmiyyət qazandı. Cənub Qaz Dəhlizinin əsas hissələri olan TANAP və TAP layihələri uğurla həyata keçirildi. Azərbaycan qazı Türkiyə və Avropa ölkələrinə çatdırıldı. Bununla ölkəmiz etibarlı enerji tərəfdaşı kimi tanındı. 2020-ci ilin sonunda Cənub Qaz Dəhlizi tam fəaliyyətə başladı. Azərbaycan qazının Avropa bazarına birbaşa çıxışı təmin olundu. Bu hadisə ölkənin enerji tarixində yeni mərhələ yaratdı. Son illərdə Prezident İlham Əliyevin təşəbbüsü ilə enerji siyasətində yeni istiqamət formalaşdırılıb. Ənənəvi enerji ilə yanaşı, yaşıl enerji layihələrinin inkişafına da xüsusi diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzur bölgələri “yaşıl enerji zonası” elan olunub. Azərbaycan günəş və külək enerjisi sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlığı genişləndirir. Yeni elektrik stansiyalarının tikintisi həyata keçirilir. Bərpa olunan enerji istehsalının artırılması ölkənin əsas prioritetlərindən biridir. Bu gün Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Ölkə dünyanın bir çox dövlətləri ilə enerji sahəsində əməkdaşlıq edir. Azərbaycan enerji diplomatiyasının mühüm mərkəzlərindən birinə çevrilib. Beləliklə, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın iqtisadi qüdrətinin artmasına, beynəlxalq nüfuzunun yüksəlməsinə və enerji sahəsində lider dövlətlərdən biri kimi tanınmasına mühüm töhfə verir. Azərbaycanın enerji inkişafı bu gün də yeni uğurlarla davam edir.

 İlqar İsayev – Zərdab Gənclər evi, direktor.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki