image-qanunla-reklam
image-media-1654072172_5839a8e7d057c3b2bc8f6e5aa31668d3-36h5wbqpo19g24ta8msy-e1780490123877

Enerji sərvətlərindən düzgün istifadə uğurun əsas şərtidir

image-lady-day-az

Enerji sərvətlərindən düzgün istifadə uğurun əsas şərtidir

Müasir dünyada enerji təhlükəsizliyi qlobal siyasətin və iqtisadiyyatın ən mühüm məsələlərindən biri olaraq qalır. Son illərdə beynəlxalq enerji bazarlarında baş verən dəyişikliklər, yeni əməkdaşlıq formatlarının yaranması və enerji resurslarının strateji əhəmiyyətinin daha da artması bir daha göstərir ki, bu sahə dünya dövlətlərinin inkişafında həlledici rol oynayır. Bu gün qlobal enerji səhnəsində müşahidə olunan bir çox müsbət proseslər ABŞ Prezidenti Donald Trampın praqmatik və iqtisadi reallıqlara əsaslanan siyasəti ilə də əlaqələndirilir. Enerji resurslarının dünya iqtisadiyyatının inkişafı üçün vacib amil kimi qəbul olunması və ölkələrin öz təbii sərvətlərindən səmərəli şəkildə istifadə etməsi istiqamətində aparılan siyasət beynəlxalq əməkdaşlığın genişlənməsinə şərait yaradır. Əslində, hər hansı bir ölkə neft və ya qaz ehtiyatlarına malik olduğuna görə tənqid edilməməlidir. Neft və qaz digər təbii sərvətlər kimi dövlətlərin malik olduğu iqtisadi resurslardır. Hər bir ölkə öz ərazisində və ya dənizində mövcud olan sərvətlərdən xalqının rifahı və dövlətinin inkişafı naminə istifadə etməyə çalışır. Burada əsas məsələ həmin resursların mövcudluğu deyil, onlardan əldə edilən gəlirlərin necə idarə olunmasıdır.

Azərbaycan bu baxımdan diqqətəlayiq nümunələrdən biridir. Müstəqilliyinin ilk illərində ciddi iqtisadi və sosial problemlərlə üzləşən ölkəmiz üçün neft və qaz ehtiyatları dövlət müstəqilliyinin möhkəmləndirilməsi və iqtisadi inkişafın təmin olunması baxımından həyati əhəmiyyət daşıyırdı. Enerji sektorunun inkişafı sayəsində Azərbaycan qısa müddətdə iqtisadi sabitliyə nail oldu, beynəlxalq sərmayələri cəlb etdi və regionun aparıcı dövlətlərindən birinə çevrildi. Bu gün Azərbaycanın əldə etdiyi uğurlar bir daha sübut edir ki, ölkələrin qiymətləndirilməsi onların nə qədər təbii sərvətə malik olması ilə deyil, həmin sərvətlərdən əldə olunan gəlirləri necə idarə etməsi ilə ölçülməlidir. Əsas diqqət vəsaitlərin ölkənin inkişafına, insanların rifahının yüksəldilməsinə, müasir infrastrukturun yaradılmasına, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsinə, eləcə də yaşıl enerji layihələrinə yönəldilməsinə verilməlidir. Azərbaycan məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirir. Neft və qaz gəlirlərinin mühüm hissəsi iqtisadiyyatın şaxələndirilməsinə, nəqliyyat və logistika imkanlarının genişləndirilməsinə, bərpa olunan enerji mənbələrinin inkişafına və ekoloji layihələrin həyata keçirilməsinə sərmayə kimi yatırılır. Bu yanaşma ölkənin həm enerji istehsalçısı, həm də yaşıl keçid prosesinin fəal iştirakçısı kimi mövqeyini gücləndirir. Təcrübə göstərir ki, ölkəni beynəlxalq sərmayələrə açıq saxlamaq, investorlar üçün etibarlı mühit yaratmaq və milli maraqlara söykənən uzaqgörən siyasət həyata keçirmək davamlı inkişafın əsas şərtlərindəndir. Azərbaycanın son otuz ildə keçdiyi inkişaf yolu bunun ən parlaq nümunələrindən biridir. Enerji resurslarının səmərəli idarə olunması, xarici tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlıq və strateji baxış ölkəmizin uğurlarının əsasını təşkil edir. Bu gün Azərbaycan yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinin təmin edilməsinə töhfə verən etibarlı tərəfdaş kimi tanınır. Ölkəmizin qaz və neft layihələri, beynəlxalq enerji dəhlizləri və yaşıl enerji təşəbbüsləri göstərir ki, təbii sərvətlərdən düzgün istifadə edildikdə onlar dövlətin davamlı inkişafı və xalqın rifahı üçün güclü vasitəyə çevrilə bilər.

Zərdab şəhər 1-nömrəli  məktəb liseyin direktoru-Vüsalə Kərimova


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki