image-qanunla-reklam
image-media-01kt20rvwjx5k1smnyh369ddme-large-93ibp5v7csf8qet4zx1r

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir

image-lady-day-az

Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir.

Son illərdə Azərbaycan iqtisadi inkişafın davamlılığını təmin edən, makroiqtisadi sabitliyi qoruyan və sosial rifahın yüksəldilməsi istiqamətində mühüm nəticələr əldə edən ölkələrdən biri kimi diqqət çəkir. Həyata keçirilən məqsədyönlü iqtisadi siyasət, qeyri-neft sektorunun inkişafı, əlverişli investisiya mühiti və maliyyə dayanıqlığının gücləndirilməsi ölkənin beynəlxalq iqtisadi mövqeyini daha da möhkəmləndirib. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq maliyyə qurumları və reytinq agentlikləri tərəfindən də yüksək qiymətləndirilir ki, bu da ölkəyə olan etimadın göstəricisidir.

2026-cı il iyunun 1-də Bakıda keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi Azərbaycanın iqtisadi və enerji sahəsində qazandığı nailiyyətlərin beynəlxalq platformada təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyıb. Dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrinin, enerji şirkətlərinin rəhbərlərinin və ekspertlərin qatıldığı tədbirdə qlobal enerji təhlükəsizliyi, investisiya imkanları və enerji keçidi ilə bağlı məsələlər müzakirə olunub.

Açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın iqtisadi göstəricilərinə toxunaraq ölkənin əldə etdiyi uğurları diqqətə çatdırıb. Dövlət başçısı qeyd edib ki; “Bu gün Azərbaycanın iqtisadi fəaliyyəti çox müsbətdir. Aparıcı beynəlxalq reytinq agentliklərindəki reytinqimiz ildən-ilə artır. Hazırkı vəziyyətə görə bizim artıq investisiya dərəcəli reytinqimiz var. Yoxsulluq səviyyəsi 5 faizə enib, işsizlik də təqribən eyni rəqəm səviyyəsindədir. Biz xarici borcumuzu əhəmiyyətli dərəcədə azalda bildik. Başlanğıcda biz borc götürmək məcburiyyətində idik, lakin sonra strategiyamız borc götürməyi dayandırmaq və borcları ödəmək oldu ki, biz istənilən beynəlxalq maliyyə institutundan asılı olmayaq. Bu gün bizim xarici borcumuz dünyada ən aşağı xarici borclardandır və o, təqribən ümumi daxili məhsulun 6 faizindən çoxdur”. Prezidentin səsləndirdiyi bu fikirlər Azərbaycanın iqtisadi müstəqilliyinin və maliyyə dayanıqlığının gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətin nəticələrini əks etdirir. Xarici borcun aşağı səviyyədə saxlanılması, investisiya cəlbediciliyinin artması və sosial göstəricilərin yaxşılaşması ölkənin uzunmüddətli inkişaf strategiyasının uğurla icra olunduğunu göstərir.

Bakı Enerji Həftəsi çərçivəsində aparılan müzakirələr bir daha təsdiqlədi ki, Azərbaycan təkcə enerji resurslarının etibarlı təchizatçısı deyil, həm də iqtisadi sabitlik və regional əməkdaşlıq baxımından mühüm tərəfdaşdır. Ölkənin iqtisadi gücü və enerji sahəsindəki strateji mövqeyi onun beynəlxalq nüfuzunun daha da artmasına xidmət edir və gələcək inkişaf üçün möhkəm zəmin yaradır.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki