image-qanunla-reklam
image-media-images-2-2kagsji65t9ow78zl30r

Diplomatik əlaqələrin yaradılması

image-lady-day-az

Diplomatik əlaqələrin yaradılması

 

28 May – Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində mühüm mərhələdir. 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması ilə xalqımız uzun illərdən sonra yenidən müstəqil dövlət qurmaq imkanı əldə etdi. Gənc dövlətin qarşısında duran əsas vəzifələrdən biri beynəlxalq aləmdə tanınmaq və dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələr yaratmaq idi. Çünki müstəqilliyin qorunması yalnız daxili idarəetmə ilə deyil, həm də beynəlxalq dəstəyin qazanılması ilə mümkün idi.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti xarici siyasətdə çevik və məqsədyönlü fəaliyyət göstərirdi. İlk növbədə Avropa dövlətlərinə və digər ölkələrə Azərbaycanın müstəqil dövlət kimi yaranması barədə rəsmi məlumatlar göndərildi. Hökumət xüsusilə Paris Sülh Konfransında iştirak etməyə böyük əhəmiyyət verirdi. Konfransda Azərbaycan nümayəndə heyətinin əsas məqsədi ölkənin müstəqilliyini müttəfiq dövlətlərə tanıtmaq və beynəlxalq səviyyədə tanınmasına nail olmaq idi. Nümayəndə heyətinin fəaliyyəti nəticəsində 1920-ci ilin yanvar ayında Antanta dövlətləri Azərbaycan Xalq Cümhuriyyətini de-fakto tanıdı.

Diplomatik əlaqələrin qurulması Azərbaycanın beynəlxalq hüququn subyekti kimi qəbul edilməsinə mühüm təsir göstərdi. Bu, gənc dövlətin dünya siyasətində yer tutmasına və digər ölkələrlə siyasi münasibətlər yaratmasına imkan verdi. Azərbaycan müxtəlif dövlətlərlə nümayəndəliklər açır, xarici ölkələrin nümayəndələri isə Bakıya gəlirdilər. Bu addımlar ölkənin beynəlxalq nüfuzunun artmasına xidmət edirdi.

1920-ci ilin aprelində bolşevik işğalı nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, onun beynəlxalq aləmdə tanınmış dövlət kimi fəaliyyəti mühüm tarixi nəticə verdi. Məhz bu hüquqi və siyasi əsaslar sayəsində Azərbaycan dünyanın siyasi xəritəsindən tamamilə silinmədi. Xalq Cümhuriyyətinin qurduğu dövlətçilik ənənələri sonrakı dövrdə də yaşadı və 1991-ci ildə Azərbaycanın yenidən müstəqilliyini bərpa etməsində böyük rol oynadı. Buna görə də 28 May yalnız keçmişin xatirəsi deyil, həm də milli dövlətçilik iradəsinin və müstəqillik idealının rəmzidir.

 

Aqil Mehdiyev – Zərdab rayonu Alıcanlı kənd sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki