image-qanunla-reklam
image-media-700625848_1534333804713059_3973113112852038855_n-et9l16a5ugrc7bmhyqjw

Bu, həmçinin ölkəmizin memarlığında əks olunub

image-lady-day-az

Bu, həmçinin ölkəmizin memarlığında əks olunub

2026-cı il mayın 18-də Bakı şəhəri qlobal urbanizasiya gündəliyinin əsas müzakirə platformalarından birinə çevrilmişdir. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı tərəfindən təşkil olunan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Azərbaycanda keçirilməsi ölkənin beynəlxalq nüfuzunun, müasir idarəetmə modelinin və şəhərsalma sahəsində həyata keçirilən siyasətin göstəricisi kimi əhəmiyyət daşıyır.Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan forum dünyanın müxtəlif ölkələrindən nümayəndələri, beynəlxalq təşkilatların təmsilçilərini və şəhərsalma sahəsi üzrə ekspertləri bir araya gətirmişdir.

Forumun açılış mərasimində Prezident cənab İlham Əliyev çıxış etmişdir. Çıxışda dayanıqlı şəhərsalma, müasir urbanizasiya, ekoloji tarazlığın qorunması və postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri ilə bağlı məsələlərə toxunulmuşdur. Cənab Prezident bildirmişdir ki, şəhərsalma siyasəti sosial və iqtisadi reallıqlara əsaslanmalı, urbanizasiya prosesləri praktik və dayanıqlı mexanizmlərlə həyata keçirilməlidir. Hazırda Azərbaycanda şəhərsalma siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilmişdir. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması bu sahəyə göstərilən diqqətin göstəricisidir. Tarixi memarlıq irsinin qorunması ilə müasir şəhərsalma yanaşmalarının uzlaşdırılması ölkənin inkişaf strategiyasında mühüm yer tutur. Eyni zamanda işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan bərpa və yenidənqurma işlərinə diqqət çəkilmişdir. Həmin ərazilərdə yeni şəhər və kəndlərin salınması, müasir infrastrukturun yaradılması və şəhərsalma standartlarının tətbiqi istiqamətində layihələr icra olunur. Forum çərçivəsində Azərbaycanın beynəlxalq şəhərsalma dialoqundakı mövqeyi vurğulanmış, Bakı şəhərinin qlobal əməkdaşlıq platforması kimi əhəmiyyəti diqqətə çatdırılmışdır. Azərbaycanın bu tədbirə ev sahibliyi etməsi ölkənin beynəlxalq nüfuzunun artdığını və şəhərsalma siyasətinin qlobal səviyyədə diqqət mərkəzində olduğunu nümayiş etdirmişdir.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki