image-qanunla-reklam
image-0e57bba68756ce8a9a6748717f37db2b

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır

image-lady-day-az

Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır.

2026-cı il mayın 4-də Ciorcia Meloninin Azərbaycana rəsmi səfəri çərçivəsində keçirilən görüşlər və danışıqlar iki ölkə arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyıb. Səfər zamanı yüksək səviyyəli rəsmi qarşılanma mərasimi təşkil olunub, ardınca geniş tərkibdə və təkbətək görüşlər keçirilib. Görüşlərdə enerji əməkdaşlığı, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat və logistika layihələri, eləcə də regional təhlükəsizlik məsələləri əsas müzakirə mövzuları olub. Xüsusilə Avropanın enerji təhlükəsizliyi kontekstində Azərbaycanın rolu və İtaliya ilə bu sahədə əməkdaşlığın perspektivləri diqqət mərkəzində yer alıb.

Görüşdən sonra mətbuata bəyanatla çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycan ilə İtaliya arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Prezident qeyd edib ki, iki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq sənədləri bu gün real əməkdaşlıq müstəvisində öz təsdiqini tapır və qarşılıqlı etimadın möhkəm əsaslarını formalaşdırır. Çıxış zamanı Prezident aşağıdakı fikirləri səsləndirib:
“Bizim ölkələrimiz strateji tərəfdaşdırlar, 2014-cü və 2020-ci illərdə strateji tərəfdaşlığa dair iki bəyannamə imzalanmışdır. Bizim münasibətlərimizin əsasını təşkil edən bu iki sənəd və sənədlərdə təsbit edilmiş məsələlər bu gün həyatda da öz əksini tapır. Sizin bu gün Azərbaycanda olmağınız bir daha Azərbaycan-İtaliya əlaqələrinin nə qədər dərin məzmunlu olmasından xəbər verir. Hər kəs bilir ki, Siz bu gün Ermənistanda idiniz. Ermənistanda öz proqramınızı bitirib Azərbaycana gəlmək bizim üçün xüsusi məna daşıyır, çox böyük rəmzi məna daşıyır, eyni zamanda, Azərbaycana göstərilən hörmətin və xoş münasibətin bariz təzahürüdür.” Prezidentin bu bəyanatı, xüsusilə regionda baş verən proseslər fonunda, İtaliyanın Azərbaycana göstərdiyi diqqət və münasibətin siyasi əhəmiyyətini ön plana çıxarır. Səfərin əvvəlində Ermənistanda keçirilən görüşlərdən sonra Azərbaycanın da ziyarət edilməsi regionda balanslı yanaşmanın və əməkdaşlığa açıq siyasətin göstəricisi kimi qiymətləndirilir.

Bu səfər Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter daşıdığını bir daha təsdiqləməklə yanaşı, gələcək əməkdaşlıq üçün yeni imkanların yaranmasına təkan verir. Enerji, iqtisadiyyat və regional təhlükəsizlik sahələrində qarşılıqlı fəaliyyətin genişləndirilməsi hər iki ölkənin maraqlarına uyğun olaraq inkişaf etməyə davam edir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki