image-qanunla-reklam
image-images

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır

image-lady-day-az

Bəyannamə hər iki ölkənin iqtisadi qüdrətini artırır.

 

2021-ci il 15 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin tarixində mühüm dönüş nöqtəsi olmuşdur. Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada imzalanan bu sənəd yalnız iki qardaş ölkə arasında münasibətlərin inkişafını əks etdirməmiş, eyni zamanda regionun gələcək siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasının formalaşmasına təsir göstərən strateji əhəmiyyətli hadisə kimi tarixə düşmüşdür. Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyə arasında mövcud olan dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərini daha yüksək səviyyəyə qaldıraraq rəsmi müttəfiqlik mərhələsinə yüksəltmişdir. Bu mühüm sənəd Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu dövlətçilik fəaliyyətinin, uzaqgörən xarici siyasətinin və milli maraqlara əsaslanan strateji baxışının mühüm nəticələrindən biri hesab olunur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan son illərdə həm siyasi, həm iqtisadi, həm də hərbi baxımdan böyük uğurlar əldə etmişdir. Xüsusilə 2020-ci ildə əldə edilmiş tarixi Zəfərdən sonra Azərbaycanın beynəlxalq nüfuzu daha da artmış, ölkəmiz regionda yeni reallıqlar yaradan güclü dövlət kimi mövqeyini möhkəmləndirmişdir. Məhz bu yeni reallıqlar fonunda imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm yol xəritəsinə çevrilmişdir.

Cənab Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, Azərbaycan və Türkiyə arasında münasibətlər dünyada analoqu olmayan qardaşlıq münasibətləridir. Bu münasibətlərin təməlində ortaq tarix, dil, din, mədəniyyət və milli-mənəvi dəyərlər dayanır. Şuşa Bəyannaməsi də məhz bu möhkəm təməllər üzərində qurularaq iki dövlət arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edir. Sənəd siyasi, iqtisadi, nəqliyyat, enerji, müdafiə sənayesi, kənd təsərrüfatı, təhsil, mədəniyyət, gənclər və idman sahələri də daxil olmaqla çoxşaxəli əməkdaşlığın inkişafını nəzərdə tutur.

44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək qardaşlıq münasibətlərinin gücünü bütün dünyaya nümayiş etdirmişdir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə regionda yeni geosiyasi reallıqlar yaratmışdır. Şuşa Bəyannaməsi bu reallıqlar fonunda iki qardaş dövlət arasında təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edir. Bu sənəd iki qardaş dövlət arasında əməkdaşlığın daha da genişlənməsinə, iqtisadi qüdrətin artmasına, regional sabitliyin möhkəmlənməsinə və türk dünyasının birliyinin güclənməsinə xidmət edir.

Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlığın, strateji müttəfiqliyin və ortaq gələcək hədəflərinin parlaq ifadəsidir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bu münasibətlər gələcək illərdə daha da inkişaf edəcək, hər iki dövlətin tərəqqisinə və regionda sülhün, sabitliyin təmin olunmasına mühüm töhfələr verməyə davam edəcəkdir.

 

Azad Kərimli – Zərdab Gənclər evinin dərnək rəhbəri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki