image-qanunla-reklam
image-media-1779106018_89b00fb9bbbdb80328f7b0dc75b168d1-hoyscl1genzku05x28b7

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir

image-lady-day-az

Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir.

 

Bakıda keçirilən 13-cü Ümumdünya Şəhərsalma Forumu Azərbaycanın müasir inkişafını bir daha dünyaya nümayiş etdirdi. Forumda şəhərlərin gələcəyi, müasir infrastruktur, ekoloji layihələr və insanların rahat yaşayışı üçün görülən işlər geniş müzakirə olundu. Tədbir zamanı səsləndirilən “Azərbaycanın bir çox yerlərində şəhərsalma çox sürətli inkişaf edir” fikri ölkəmizdə aparılan böyük quruculuq işlərini aydın şəkildə göstərdi.

Son illərdə Azərbaycanın müxtəlif bölgələrində geniş tikinti və abadlıq işləri həyata keçirilir. Yeni yollar salınır, körpülər tikilir, parklar və istirahət mərkəzləri yaradılır. Şəhərlərdə müasir yaşayış binaları inşa olunur, kəndlərdə isə insanların rahat yaşaması üçün bütün lazımi şərait qurulur. Bu dəyişikliklər ölkənin sürətli inkişaf etdiyini göstərir. Paytaxt Bakı şəhəri bu inkişafın ən gözəl nümunələrindən biridir. Burada həm qədim memarlıq qorunur, həm də müasir tikililər şəhərə xüsusi gözəllik verir. Geniş yollar, yeni metro stansiyaları, müasir parklar və dənizkənarı bulvar Bakının simasını daha da dəyişib. Xarici qonaqlar və turistlər də Bakının inkişafını yüksək qiymətləndirirlər. Bununla yanaşı, Azərbaycanın digər şəhərlərində də mühüm layihələr həyata keçirilir. Gəncə, Şəki, Mingəçevir və digər bölgələrdə yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və idman mərkəzləri tikilir. İşğaldan azad olunmuş ərazilərdə isə tamamilə yeni şəhər və kəndlər salınır. Bu bölgələrdə “ağıllı şəhər” və “ağıllı kənd” layihələri müasir texnologiyalar əsasında qurulur.

Şəhərsalma işlərinin sürətlə inkişaf etməsi insanların həyatına da müsbət təsir göstərir. Yeni iş yerləri açılır, nəqliyyat rahatlaşır, yaşayış şəraiti yaxşılaşır. Yaşıllıq sahələrinin artırılması və ekoloji layihələrin həyata keçirilməsi şəhərlərin daha təmiz və sağlam olmasına kömək edir. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu göstərdi ki, Azərbaycan bu gün regionun ən sürətlə inkişaf edən ölkələrindən biridir. Müasir şəhərsalma layihələri ölkəmizin gələcəyinə hesablanmış böyük addımlardır. Azərbaycan həm qədim tarixini qoruyur, həm də müasir və gözəl şəhərlər quraraq inkişaf yolunda inamla irəliləyir.

 

Zərdab rayon Şəftəhal kənd tam orta ümumtəhsil məktəbinin direktoru-Sədiyar Xəlilov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki