image-qanunla-reklam
image-media-prez-01-aotz4pwmsv91xiky8325

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir

image-lady-day-az

Sülh prosesinə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir.

 

2026-cı il 4 may tarixində keçirilən Avropa Siyasi Birliyi Zirvə toplantısı qitə ölkələri arasında siyasi dialoqun gücləndirilməsi, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitliyin möhkəmləndirilməsi məqsədilə təşkil olunmuş mühüm platformalardan biri kimi diqqət çəkib. Zirvə görüşü bu dəfə videobağlantı formatında baş tutub və müxtəlif ölkələrin dövlət və hökumət başçıları tədbirə qoşularaq aktual beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Toplantının əsas gündəliyinə Avropada təhlükəsizlik arxitekturasının yenilənməsi, enerji təhlükəsizliyi, regional münaqişələrin həlli və tərəfdaşlıq mexanizmlərinin inkişafı daxil olub. Bu çərçivədə Cənubi Qafqaz regionundakı vəziyyət və sülh təşəbbüsləri də müzakirə olunan mühüm mövzular sırasında yer alıb.

Videobağlantı vasitəsilə çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın regionda davamlı sülhün təmin olunması istiqamətində atdığı addımları və ölkənin prinsipial mövqeyini diqqətə çatdırıb. Prezident çıxışında vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq qonşu ölkələrlə münasibətlərin normallaşdırılmasına xüsusi önəm verir. O, həmçinin regionda sabitliyin təmin olunmasının yalnız qarşılıqlı hörmət və konstruktiv dialoq vasitəsilə mümkün olduğunu qeyd edib. Dövlət başçısı Azərbaycanın təşəbbüslərinin sülhə xidmət etdiyini və bu istiqamətdə konkret addımların atıldığını bir daha diqqətə çatdırıb.

Çıxış zamanı Prezident aşağıdakı fikirləri səsləndirib: “Yekun olaraq mən Baş nazir Paşinyanı “Avropa Siyasi Birliyi”nin Zirvə görüşünün Ermənistanda keçirilməsi ilə bağlı təbrik etmək istəyirəm. Bildirirəm ki, prosesə mane olmaq istəyən tərəflərin bütün səylərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və ermənistanlı həmkarımın şərhləri bunu aydın şəkildə göstərir.” Bu bəyanat, xüsusilə Nikol Paşinyan ilə münasibətlərin normallaşması fonunda diqqət çəkir və tərəflər arasında dialoqun davam etdirilməsi üçün siyasi iradənin mövcud olduğunu göstərir. Cənab Prezidentin çıxışı regionda sülh gündəliyinin aktuallığını bir daha ön plana çıxarmaqla yanaşı, beynəlxalq ictimaiyyətə Azərbaycanın konstruktiv mövqeyini nümayiş etdirib. Zirvə toplantısı Avropa məkanında əməkdaşlıq və qarşılıqlı etimadın gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.

 

Babək Mikayılov – Zərdab Peşə liseyinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki