image-qanunla-reklam
image-fb_img_1778849409802

Beynəlxalq Ailə Günü münasibətilə rayonun nümunəvi və uzunömürlü ailələrindən olan Qasımovlar ailəsini ziyarət olundu

image-lady-day-az

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Zərdab Uşaq və Ailələrə Dəstək Mərkəzi və Zərdab Rayon İcra Hakimiyyətinin əməkdaşları 15 May – Beynəlxalq Ailə Günü münasibətilə rayonun nümunəvi və uzunömürlü ailələrindən olan Qasımovlar ailəsini ziyarət ediblər.

Qanunla.az xəbər verir ki, görüşün keçirilməsində məqsəd sağlam və möhkəm təməllər üzərində qurulan, milli-mənəvi və ailə dəyərlərini yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq, ailə institutunun möhkəmləndirilməsi istiqamətində maarifləndirici və təşviqedici işlərin aparılması olub. 51 illik birgə ömür yolu keçən Fayya Rəhimova və Böyükkişi Qasımovun 3 oğlu, 7 nəvəsi və 2 nəticəsi var. Uzun illər ərzində qarşılıqlı hörmət, qayğı və ailə dəyərlərinə sadiqlik nümayiş etdirən ailə, həmçinin öz həyat təcrübəsi və örnək davranışları ilə gənc nəslin formalaşmasına da töhfə verib. Səfər zamanı ailə üzvləri ilə səmimi söhbət aparılıb, uzunömürlü və xoşbəxt ailə həyatının sirri, qarşılıqlı hörmət və anlayışın ailə münasibətlərindəki rolu barədə təcrübələr dinlənilib. Sonda ailə ilə birgə xatirə şəkli çəkdirilib və ailəyə sağlam, firavan ömür arzulanıb.
image-fb_img_1778849399137 image-fb_img_1778849402044 image-fb_img_1778849404366 image-fb_img_1778849407474 image-fb_img_1778849409802 image-fb_img_1778849412135


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki