image-qanunla-reklam
image-fb_img_1775713260540

Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir

image-lady-day-az
Azərbaycan Respublikası ilə Çex Respublikası arasında əlaqələr dinamik şəkildə inkişaf edir
Prezident İlham Əliyev tərəfindən milli maraqlara əsaslanan çevik, praqmatik və balanslaşdırılmış xarici siyasət kursunun uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın beynəlxalq aləmdə nüfuzu xeyli artır, ölkəmizin siyasi mövqeyi daha da möhkəmlənir. Bu uzaqgörən siyasət xətt dövlətimizin iqtisadi imkanlarının genişlənməsinə, yeni əməkdaşlıq platformalarının formalaşmasına, regional və qlobal layihələrdə fəal iştirakına geniş şərait yaradır. Müxtəlif istiqamətlər üzrə həyata keçirilən məqsədyönlü siyasətlə yanaşı, Azərbaycanın uğurlu enerji strategiyası ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsində mühüm rol oynayır. Enerji təhlükəsizliyi sahəsində reallaşdırılan iri transmilli layihələr, neft və qaz resurslarının səmərəli idarə olunması, alternativ marşrutların yaradılması Azərbaycanı etibarlı tərəfdaş, məsuliyyətli dövlət və mühüm geosiyasi aktor kimi tanıdır. Xüsusilə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr ölkəmizin strateji əhəmiyyətini daha da artırır, müasir beynəlxalq münasibətlər sistemində özünəməxsus yer tutmasına möhkəm zəmin yaradır. Məhz əldə olunan bu uğurların nəticəsidir ki, dünyanın bir sıra inkişaf etmiş dövlətləri, xüsusilə Avropa ölkələri Azərbaycanla əlaqələrin daha da möhkəmləndirilməsində maraqlı olduqlarını nümayiş etdirir, bu maraq siyasi dialoqun genişləndirilməsi, iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, qarşılıqlı investisiya imkanlarının artırılması və humanitar münasibətlərin inkişaf etdirilməsi istiqamətində özünü aydın şəkildə göstərir. Həmin ölkələr arasında Çex Respublikası xüsusi əhəmiyyəti və strateji mövqeyi ilə seçilir, Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfələr verir. İki ölkə arasında mövcud siyasi etimad, iqtisadi maraqlar və humanitar əlaqələr münasibətlərin uğurla inkişafına şərait yaradır, faydalı əməkdaşlıq üçün perspektivləri müəyyən edir. Aprelin 27-də Çex Respublikasının Baş naziri Andrey Babişin Azərbaycana səfəri Azərbaycan Respublikası ilə Çex Respublikası arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdiyini bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan müzakirələr, siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsi, enerji, sənaye, nəqliyyat və humanitar sahələrdə yeni əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Baş nazir Andrey Babişin səfəri zamanı Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanat iki dost ölkə arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin yüksələn xətt üzrə inkişaf etdiyini, gələcəkdə də birgə fəaliyyətin daha da möhkəmləndirilməsi üçün geniş imkanların mövcud olduğunu aydın şəkildə nümayiş etdirdi. Bəyanatda qeyd olunduğu kimi Azərbaycan və Çex Respublikası arasında əməkdaşlığın böyük hissəsinin energetika sektoruna aid olması bu sahədə qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın strateji xarakter daşıdığını göstərir. Xüsusilə enerji təhlükəsizliyi, neft-qaz resurslarının Avropa bazarlarına çatdırılması, alternativ və bərpaolunan enerji mənbələri üzrə birgə layihələrin həyata keçirilməsi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi ön plana çıxır. Bununla yanaşı, müdafiə sənayesi ilə bağlı əməkdaşlıq məsələlərinin müzakirə olunması, hərbi-texniki sahədə təcrübə mübadiləsinin aparılması tərəflər arasında etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir, iqtisadi sahədə görüləcək işlərlə bağlı konkret təkliflərin irəli sürülməsi, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, nəqliyyat və turizm sahələrində yeni layihələrin reallaşdırılması gələcək üçün mühüm perspektivlər açır. Sadalanan məqamlar Azərbaycan ilə Çexiya arasında uzunmüddətli və etibarlı tərəfdaşlığın daha da güclənməsinə zəmin yaradır, əlaqələrin gələcək illərdə yeni istiqamətlər üzrə genişlənəcəyini, xalqların rifahına və regionlararası əməkdaşlığın inkişafına mühüm töhfələr verəcəyini göstərir.
İlkin Əliyev,
YAP Zərdab rayon təşkilatının sədri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki