image-qanunla-reklam
image-media-bez-nazvaniya-e0uqzytv7xrpc2i53omk

15 İyun tarixi Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin xilası, milli birliyin bərpası və gələcək uğurların başlanğıcı kimi yaşayır

image-lady-day-az

15 İyun tarixi Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin xilası, milli birliyin bərpası və gələcək uğurların başlanğıcı kimi yaşayır

Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar nəticəsində bazar iqtisadiyyatına keçid təmin edildi, sahibkarlığın inkişafına dəstək göstərildi və investisiya mühiti yaxşılaşdırıldı. Yeni iş yerləri yaradıldı, əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı. Təhsil, səhiyyə, infrastruktur və digər sahələrdə geniş proqramlar həyata keçirildi.

Ulu Öndər eyni zamanda Azərbaycanın xarici siyasət kursunu da müəyyənləşdirdi. Milli maraqlara əsaslanan balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmağa başladı. Azərbaycan beynəlxalq təşkilatlarla əlaqələrini genişləndirdi, regionda və dünyada nüfuzunu artırdı. Enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi ölkəmizin geosiyasi əhəmiyyətini daha da yüksəltdi.

Bu gün Heydər Əliyev siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmiz bütün sahələrdə böyük uğurlar qazanıb. İqtisadiyyat inkişaf edib, beynəlxalq nüfuzumuz daha da artıb, ordu quruculuğu yeni mərhələyə yüksəlib.

2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. İşğal altında olan torpaqlarımız azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə dövlət suverenliyimiz tam təmin edildi.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq işləri aparılır. Yeni yollar, məktəblər, xəstəxanalar tikilir, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri həyata keçirilir. Azad edilmiş torpaqlarımız yenidən dirçəlir və bölgəyə həyat qayıdır.

Milli Qurtuluş Günü yalnız keçmişə nəzər salmaq üçün deyil, həm də əldə olunan uğurların hansı möhkəm təməl üzərində qurulduğunu dərk etmək üçün əhəmiyyətlidir. Bu gün bir daha göstərir ki, dövlətçilik, milli birlik və siyasi sabitlik hər bir ölkənin inkişafının əsas şərtləridir.

15 İyun tarixi Azərbaycan xalqının yaddaşında dövlətçiliyimizin xilası, milli birliyin bərpası və gələcək uğurların başlanğıcı kimi yaşayır. Milli Qurtuluş Günü müstəqil Azərbaycanın bu günkü gücünün, sabitliyinin və inkişafının təməlində duran ən mühüm tarixi hadisələrdən biri olaraq daim böyük ehtiramla qeyd olunur.

 

Kəmalə Əliyeva – Zərdab rayonu, Qaravəlli kənd tam orta ümümtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki