image-qanunla-reklam
image-img-20260520-wa0016

WUF13 tədbirinin ölkəmizdə keçirilməsi dünyanın Azərbaycana olan böyük hörmətinin bariz nümunəsidir!

image-lady-day-az

WUF13 tədbirinin ölkəmizdə keçirilməsi dünyanın Azərbaycana olan böyük hörmətinin bariz nümunəsidir!

Azərbaycan Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasətinin fəaliyyətinin nəticəsidir ki, ölkəmiz bütün sahələrdə uğurlar qazanır. Demək olar ki, dünyanın çağırışları ilə ölkəmiz unikal xarici siyasət yeridir, mütəmadi olaraq yeni təşəbbüslər irəli sürür və onların həyata keçirilməsinə öz töhfəsini verir. Son 23 ildə cənab Prezident İlham Əliyevin liderliyi ilə beynəlxalq layihələr reallaşdıran Azərbaycan bəzən müəyyən bədxah dairələrin süni surətdə yaratdıqları maneələri aşaraq öz təşəbbüslərini həyata keçirib. Süni maniələri Qarabağ torpağının işğaldan azad edilməsində və Avropaya təbii qaz kəməri çəkilişi zamanı gördük. O vaxt bədxahlar ekoloji bəhanər “taparaq” ortalığa atmışdılar. Qarabağ münaqişəsinin hərbi yolla həll olunmasının mümkünsüzlüyünü iddia edirdilər. Əlbəttə, biz çətin qazanılan bu nailiyyətlərlə fəxr etməliyik. Axı, elə dövlətlər var ki, heç əlli-altmış ildə bir beynəlxalq layihə hazırlaya və reallaşdıra bilmir. Bakıda öz işinə başlayan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) bir sıra müsbət məqamları ilə tarix yazır. Hər şeydən əvvəl, iştirakçı sayına görə Bakı Forumu əvvəlkilərdən fərqlənir. Forumun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi, WUF13-ə 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib ki, bu da forumun tarixində rekord göstərici deməkdir.
Ən son 2024-cü ildə Misirdə keçirilən WUF12-də iştirakçı sayı cəmi 25 min nəfər olmuşdu. WUF13-ə olan maraq və iştirakçı sayının rekord səviyyəyə çatması sırf Azərbaycan amili ilə bağlıdır. Çünki Bakı mühüm beynəlxalq tədbirlərə ən yüksək səviyyədə təşkilatçılıq edərək onları uğurla reallaşdırır. Bundan əvvəl keçirilən COP29 timsalında bunu aydın görmək mümkün idi. Digər tərəfdən, ölkədə mövcud olan sabitlik və təhlükəsizlik, eyni zamanda Bakının irəli sürdüyü təşəbbüslərin təkcə regional deyil, həm də qlobal xarakter daşıması Azərbaycanda keçirilən beynəlxalq tədbirlərə marağın artmasını şərtləndirən amillərdəndir. Ümumdünya Şəhərsalma Forumu bizə qədim tariximizin, mədəniyyətimizin, milli adət-ənənələrimizin təbliği və bir daha dünyaya tanıdılması üçün yeni imkanlar yaratmış olur. Dövlət başçısının dediyi kimi, Azərbaycan Avropa ilə Asiya arasında yerləşən, Şərqlə Qərbin qovuşduğu məkan olaraq zəngin tarixə malikdir. Forum müddətində İçərişəhərin qədim qala divarlarına və oradakı digər tarixi abidələrə səyahət edən sessiya iştirakçıları Azərbaycanın nə dərəcədə zəngin tarixə, eləcə də qədim memarlıq ənənələrinə malik olduğunu görəcəklər. Bu isə WUF13 vasitəsilə Azərbaycan memarlığının və qədim tarixinin dünyaya tanıdılması deməkdir. Forumun davam etdiyi müddətdə xarici qonaqlar Azərbaycan mədəniyyəti, tarixi abidələri, incəsənəti, folkloru musiqisi və mətbəxi ilə tanış olacaqlar. Onlar üçün elə şərait yaradılıb ki, ölkəmizdən gedəndən illər sonra da buradakı təəssüratları yaddan çıxarmayacaqlar. Ümumdünya Şəhərsalma Forumu təkcə hansısa beynəlxalq tədbirə yüksək səviyyədə ev sahibliyi etməklə tarixdə qalmayacaq, həm də Azərbaycanın keçmişi ilə bu günü, tarixi ilə müasirliyi, ən əsası isə qurucu və yaradıcı dövlət kimi təqdimatı baxımından əhəmiyyətli olacaq. Ən əsası isə Bakı sülh və təhlükəsizlik, enerji təminatı və dialoqla yanaşı, qlobal urbanizasiya prosesinə də töhfə vermiş olacaq.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aydın Şıxəliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki