Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Xəzər Rayon Komitəsinin növbədənkənar iclası keçirilib.
Xeberaz.info-nun məlumatına görə, səsvermənin nəticəsinə əsasən, Nicat Cəlil oğlu Cəlil ETİHİ Xəzər Rayon Komitəsinin sədri seçilib.
Qeyd edək ki, Nicat Cəlil 2009–2011-ci illərdə İqtisadi və Sosial İnkişaf Mərkəzində, 2011–2014-cü illərdə “Qarabağ Fondu”nun Vaşinqton ofisində layihə koordinatoru vəzifəsində çalışıb. 2016–2023-cü illərdə Azərbaycan Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində mütəxəssis və müşavir vəzifələrində fəaliyyət göstərib.

























