image-qanunla-reklam
image-media-01kt20rvwjx5k1smnyh369ddme-large-93ibp5v7csf8qet4zx1r

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu

image-lady-day-az

Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoydu.

 

2026-cı il iyunun 1-də Bakı şəhərində keçirilən Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi dünyanın enerji gündəliyində mühüm yer tutan məsələlərin müzakirə olunduğu nüfuzlu platforma kimi diqqət mərkəzində olub. Müxtəlif ölkələrdən dövlət rəsmilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və enerji şirkətlərinin rəhbərlərinin iştirak etdiyi tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, investisiya imkanları və qlobal əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son illərdə Azərbaycan iqtisadi, siyasi və sosial sahələrdə əldə etdiyi uğurlarla regionun aparıcı dövlətlərindən birinə çevrilib. Həyata keçirilən islahatlar nəticəsində ölkədə əlverişli biznes və investisiya mühiti formalaşıb, strateji infrastruktur layihələri reallaşdırılıb, sosial rifah göstəriciləri yaxşılaşıb. Azərbaycanın enerji resurslarından əldə etdiyi gəlirlərin səmərəli idarə olunması, qeyri-neft sektorunun inkişafına yönələn siyasət və beynəlxalq əməkdaşlığın genişləndirilməsi ölkənin davamlı inkişaf modelinin əsasını təşkil edir.

Bakı Enerji Həftəsinin açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev Azərbaycanın enerji sahəsində qazandığı nailiyyətlərə, ölkənin beynəlxalq tərəfdaşlarla əməkdaşlığına və qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrə diqqət çəkib. Dövlət başçısı bildirib ki, Azərbaycan uzun illər ərzində etibarlı tərəfdaş kimi özünü təsdiqləyib və bu gün enerji sahəsində həyata keçirilən layihələr bir çox ölkələrin enerji təminatında mühüm rol oynayır.

Prezident çıxışında ölkənin iqtisadi göstəricilərinə də toxunaraq vurğulayıb ki, Azərbaycanın iqtisadi fəaliyyəti müsbət dinamika nümayiş etdirir, beynəlxalq reytinq agentlikləri tərəfindən verilən qiymətləndirmələr ildən-ilə yaxşılaşır. Dövlət başçısı yoxsulluq və işsizlik səviyyəsinin aşağı həddə olduğunu, xarici borcun isə dünyada ən aşağı göstəricilərdən biri səviyyəsində saxlanıldığını diqqətə çatdırıb. Bu amillərin ölkənin iqtisadi müstəqilliyini və maliyyə dayanıqlığını daha da gücləndirdiyi qeyd olunub. Prezident İlham Əliyev həmçinin enerji sektoruna münasibətdə beynəlxalq yanaşmaların dəyişməsinin vacibliyinə diqqət çəkərək bildirib ki, enerji təhlükəsizliyi məsələləri reallıqlar nəzərə alınmaqla qiymətləndirilməlidir. Dövlət başçısı neft və qaz istehsalçısı ölkələrin qlobal iqtisadiyyatın inkişafına mühüm töhfələr verdiyini vurğulayaraq enerji sahəsində balanslaşdırılmış yanaşmanın əhəmiyyətini qeyd edib.

Tədbir çərçivəsində aparılan müzakirələr göstərdi ki, Azərbaycan enerji təhlükəsizliyi, beynəlxalq əməkdaşlıq və dayanıqlı inkişaf istiqamətlərində qlobal tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir. Bakı Enerji Həftəsi ölkənin enerji siyasətinin uğurlarını nümayiş etdirməklə yanaşı, gələcək əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün də mühüm platforma rolunu oynadı.

 

Marusa Qasımova – Zərdab rayonu Körpükənd kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki