Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir.
Bu günlərdə ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında 182 ölkədən 42 mindən artıq qonaq iştirak edir. Bu rəqəm bu tədbirin tarixində ən böyük saydır. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası yalnız beynəlxalq müzakirə platforması deyil, həm də Azərbaycanın uğurlarının dünyaya təqdim olunduğu mühüm qlobal tribuna rolunu oynayır. Çox məmnunedici və qürurverici haldır ki, bu gün dünyanın ən nüfuzlu şəhər salanları, dövlət və hökümət başçıları bələdiyyə sədrləri, şəhər merləri öz təcrübələrini məhz Azərbaycanın paytaxtında bölüşürlər. Bir çox şəhərlərlə bağlı qlobal problemlərin həlli yolları da forum çərçivəsində keçirilən sessiyalarda dilə gətirilir. Dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri və beyin mərkəzlərinin rəhbərləri Azərbaycanın multikulturalizm prinsiplərinə sadiqliyini, sabitlik və təhlükəsizlik adası olduğunu öz gözləri ilə görürlər. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ölkəmizə həm siyasi, həm iqtisadi, həm də urbanizasiya baxımından çoxşaxəli və mühüm dividendlər vəd edir. Belə böyük tədbirlərin ölkəmizdə keçirilməsi bir çox istiqamətdən dövlətimizin, xalqımızın inkişafı və tanıdılması üçün vacibdir. Bu, ölkəmizin beynəlxalq nüfuzunun artırılması və haqlı mövqeyinin dünya ictimaiyyətinə bir daha çatdırılması üçün unikal imkandır. Lakin eyni zamanda da ölkəmizin fiziki gözəlliklərinin, turizim imkanlarının dünyaya ixrac olunması nöqteyi-nəzərindən də yaxşı fürsətdir.
Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında Azərbaycanın dünyaya təqdim etdiyi ən böyük töhfə – Qarabağ və Şərqi Zəngəzurun yenidənqurma modelidir. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası platformasından Cənab Prezidentimizin dünyaya verdiyi bəyanatlar həm siyasi, həm də humanitar xarakter daşıyır. “Biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik” deyən dövlət başçımız öz çıxışında haqlı olaraq bir daha vurğulamışdır ki, müasir şəhərsalma sadəcə binaların ucaldılmasından ibarət deyil. Bu proses cəsarət, siyasi iradə və ekoloji məsuliyyət tələb edir. Yəni, şəhərlər əslində aid olduqları xalqların, cəmiyyətlərin xarakterlərini, xüsusiyyətlərini, baxış bucaqlarını özlərində ehtiva edirlər. Məhz bu məqamda otuz illik işğal dövründə tamamilə yerlə-yeksan edilmiş, “ruhlar şəhəri”nə çevrilmiş yaşayış məskənlərinin sıfırdan bərpası dünya şəhərsalma tarixində analoqu olmayan bir təcrübədir. İşğal dövründə özlərinə aid olmayan, işğal olunmuş torpaqları məhv edən bir cəmiyyət kimi tarixə “yazılan” Ermənistanın revanşist, faşist ünsürləri yalnız insanlara deyil, o insanların ruhlarının ifadəsi olan şəhərlərə qarşı da genosid törətmişlər. İndi digərlərindən fərqli olaraq Azərbaycan azad olunmuş torpaqlarda bərpa prosesini heç bir dövlətdən və fonddan pul, kredit almadan öz hesabına həyata keçirir. Bunu bütün dünya bilməlidir. Bu amil Azərbaycanın beynəlxalq arenada siyasi nüfuzunu artıran faktordur.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc























