image-qanunla-reklam
image-9c6cc81e-67ca-4f32-afa8-c28ac97a0e5a

Enerji təhlükəsizliyi

image-lady-day-az

Enerji təhlükəsizliyi.

Azərbaycan dövləti bir tərəfdən neft və qaz sektorunda mövqeyini qoruyub saxlayır, digər tərəfdən isə yaşıl enerji layihələrinin həyata keçirilməsinə böyük diqqət ayırır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “Yaşıl Enerji Zonası” elan olunması, günəş və külək enerjisi sahəsində beynəlxalq şirkətlərlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın enerji strategiyasının mühüm komponentlərindən biridir.

Bakı Enerji Həftəsi çərçivəsində keçirilən müzakirələrdə enerji keçidi və iqlim dəyişiklikləri ilə mübarizə məsələləri də geniş yer tutur. Dünyada enerji tələbatının artması fonunda alternativ enerji mənbələrinin inkişaf etdirilməsi zərurəti daha da aktuallaşır. Bununla belə, enerji keçidinin sosial və iqtisadi nəticələrinin də nəzərə alınması vacibdir. Bir çox ölkələr üçün neft və qaz gəlirləri iqtisadi inkişafın əsas mənbələrindən biridir və bu səbəbdən enerji keçidi prosesinin ədalətli və mərhələli şəkildə həyata keçirilməsi xüsusi önəm daşıyır.  Azərbaycanın həyata keçirdiyi enerji siyasəti beynəlxalq tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə Cənub Qaz Dəhlizi layihəsi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu layihə vasitəsilə Azərbaycan qazı Avropa bazarlarına çatdırılır və enerji mənbələrinin şaxələndirilməsinə töhfə verir. Bu gün Azərbaycan bir çox ölkələr üçün etibarlı enerji tərəfdaşı kimi tanınır. Bakı Enerji Həftəsinin mühüm xüsusiyyətlərindən biri də beynəlxalq əməkdaşlığın inkişafına verdiyi töhfədir. Tədbir çərçivəsində müxtəlif ölkələrin nümayəndələri arasında görüşlər keçirilir, yeni müqavilələr imzalanır, investisiya imkanları müzakirə olunur. Bu əməkdaşlıq yalnız enerji sektorunu deyil, nəqliyyat, logistika, innovasiya və ətraf mühit sahələrini də əhatə edir. Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilmişdir. Dünyada baş verən geosiyasi proseslər enerji bazarlarına birbaşa təsir göstərir. Bu şəraitdə etibarlı enerji təchizatçılarının rolu daha da artır. Azərbaycan öz məsuliyyətli siyasəti və beynəlxalq öhdəliklərinə sadiqliyi ilə enerji bazarında sabitliyin təmin olunmasına töhfə verir. Bakı Enerji Həftəsi həm də Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir. Dünyanın aparıcı şirkətlərinin, dövlət rəsmilərinin və ekspertlərinin Bakıda bir araya gəlməsi ölkənin qlobal enerji dialoqunun mərkəzlərindən birinə çevrildiyini nümayiş etdirir. Bu tədbir vasitəsilə Azərbaycan öz təşəbbüslərini beynəlxalq ictimaiyyətə təqdim edir və yeni əməkdaşlıq imkanları yaradır. Bakı Enerji Həftəsi qlobal enerji sektorunun inkişafına mühüm töhfələr verən, beynəlxalq əməkdaşlığı gücləndirən və enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən nüfuzlu platformadır. Azərbaycanın enerji siyasəti, həyata keçirdiyi strateji layihələr və beynəlxalq tərəfdaşlarla qurduğu münasibətlər ölkənin dünya enerji sistemində əhəmiyyətli mövqeyini daha da möhkəmləndirir. Bu baxımdan Bakı Enerji Həftəsi yalnız regional deyil, həm də qlobal əhəmiyyət daşıyan aparıcı enerji tədbirlərindən biri kimi öz mövqeyini qorumaqda davam edir.

 

 

 

Zərdab rayonu üzrə gənclər və idman sektorunun müdiri – Əvəz Soltanov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki