image-qanunla-reklam
image-1654072167_78883f0f36d5227a863180482a98c460

Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi

image-lady-day-az

Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi

İldən-ilə  Bakı Enerji Həftəsi iştirakçılarının say tərkibində artım bir daha təsdiqləyir ki, Bakı Enerji Həftəsi enerjinin gələcəyini formalaşdırmaq üçün hökumətləri, qlobal şirkətləri və sənaye ekspertlərini bir araya gətirərək regionun ən nüfuzlu platformalarından birinə çevrilib. Hər bir tədbir əhatə etdiyi məsələyə uyğun olaraq keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. Azərbaycan hər zaman malik olduğu enerji resursları, coğrafi mövqeyi ilə dünyanın diqqətində olub. Öz təbii sərvətlərinin əsl sahibinə çevrilmək xalqımızın ən böyük arzusu idi.

1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonrakı mərhələ yeni neft strategiyasının hazırlanması  və uğurla həyata keçirilməsi ilə xarakterizə olunur. 1994-ci ildə “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın bugünkü və gələcək inkişafının əsası qoyuldu. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi hazırda 350 milyard dollardan artıqdır. Bu reallığı da qeyd etmək lazımdır ki, müstəqilliyimizin bərpasının ilk illərində ölkəmizdə ictimai-siyasi durumun gərginliyi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan ölkələrin tərəddüdlərinə səbəb olmuşdu. Onlar yatıracaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Ümummilli Lider Heydər Əliyevin uğurlu və düşünülmüş siyasəti nəticəsində bu  tərəddüdlərin aradan qaldırılması təmin edildi. Ulu Öndər “Əsrin müqaviləsi”nin imzalanmasından öncə dünya təcrübəsinə əsasən bu çağırışı səsləndirmişdi ki, heç bir ölkə səylər birləşdirilmədən, təcrübə mübadiləsi aparılmadan təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. Bu sazişin imzalanmasından öncə neft-qaz sərgisinin keçirilməsi Azərbaycanın malik olduğu enerji imkanlarının təqdimatında əhəmiyyətli rol oynadı. Prezident cənab İlham Əliyev çıxışında da qeyd etdi ki, Azərbaycanın enerji inkişafı 1994-cü ildə başladı. Əgər 1994-cü ilə nəzər salsaq, keçmişdə Azərbaycanın çox ağır vəziyyətdə olduğunu görə bilərik. Ölkə iqtisadi baxımdan tam qarışıq, siyasi baxımdan qeyri-sabit idi. Ərazinin təxminən 20 faizi Ermənistanın işğalı altında idi. Bir milyon qaçqın var idi və həmin vaxt, bu, ola bilsin, adam başına düşən ən yüksək qaçqın sayı idi. Bizim heç bir vəsaitimiz yox idi. Elektrik enerjisini, hətta təbii qazı idxal edirdik. Yoxsulluq səviyyəsi 50 faizdən artıq idi. İşsizlik geniş yayılmışdı. Müstəqil ölkə kimi yaşamaq və irəliyə getməkdə bizim üçün yeganə yol sahib olduğumuz təbii sərvətlərdən istifadə idi. Azərbaycan ilk ölkə idi ki, Xəzərin ehtiyatlarını beynəlxalq neft şirkətlərinə açıq etdi. Həmin vaxtdan etibarən çox hadisələr oldu.

Əsgərxan İsazadə – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in əməkdaşı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki