image-qanunla-reklam
image-17802952176086854118_1200x630

Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir

image-lady-day-az

Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir.

Müasir dövrdə enerji təhlükəsizliyi dünya ölkələrinin qarşısında duran ən vacib məsələlərdən biridir. Xüsusilə son illərdə müxtəlif regionlarda baş verən siyasi və hərbi gərginliklər enerji bazarlarına ciddi təsir göstərmiş, bir çox dövlətlərin enerji təminatı ilə bağlı narahatlıqlarını artırmışdır. Yaxın Şərqdə baş verən böhranlar, beynəlxalq nəqliyyat marşrutlarında yaranan problemlər və enerji resurslarının geosiyasi alətə çevrilməsi enerji təhlükəsizliyinin əhəmiyyətini daha da artırmışdır.

Azərbaycan uzun illərdir ki, enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Ölkəmiz zəngin enerji ehtiyatlarına malik olmaqla yanaşı, bu ehtiyatların dünya bazarlarına təhlükəsiz və etibarlı şəkildə çatdırılması üçün mühüm infrastruktur layihələrinin təşəbbüskarı olmuşdur. Məhz bu siyasət nəticəsində Azərbaycan bu gün Avropa və region ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayan etibarlı tərəfdaş kimi tanınır.

Azərbaycanın həyata keçirdiyi ən mühüm layihələrdən biri Bakı-Tbilisi-Ceyhan neft kəməridir. Bu layihə Xəzər dənizinin enerji ehtiyatlarını ilk dəfə olaraq Aralıq dənizi ilə birləşdirmişdir. Bakı-Tbilisi-Ceyhan kəməri təkcə iqtisadi deyil, həm də geosiyasi baxımdan böyük əhəmiyyət daşıyır. Bu layihə sayəsində Azərbaycan nefti dünya bazarlarına alternativ marşrut vasitəsilə çıxarılaraq qlobal enerji təhlükəsizliyinə töhfə verir.

Bakı-Supsa neft kəməri də Azərbaycanın enerji strategiyasının vacib hissələrindən biridir. Bu kəmər Xəzər dənizi hövzəsini Qara dənizlə birləşdirərək enerji resurslarının beynəlxalq bazarlara daşınmasında mühüm rol oynayır. Hər iki layihə region ölkələri arasında əməkdaşlığın güclənməsinə və iqtisadi əlaqələrin inkişafına şərait yaratmışdır.

Təbii qaz sahəsində isə Azərbaycanın ən böyük nailiyyətlərindən biri Cənub Qaz Dəhlizinin həyata keçirilməsidir. Bu layihə dünyanın ən mürəkkəb və ən böyük enerji infrastruktur layihələrindən biri hesab olunur. Cənub Qaz Dəhlizi Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrini özündə birləşdirir. Ümumi uzunluğu 3500 kilometrdən çox olan bu nəhəng enerji sistemi müxtəlif ölkələrin ərazisindən keçir, yüksək dağlıq sahələri və dənizin dibi ilə uzanan mürəkkəb marşrutları əhatə edir.

Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) Azərbaycan qazını Türkiyə ərazisindən keçirməklə Avropaya çatdırır. Trans-Adriatik Qaz Boru Kəməri (TAP) isə bu qazı Avropa bazarlarına nəql edir. Bu layihələrin uğurla həyata keçirilməsi nəticəsində Avropa ölkələri enerji mənbələrini şaxələndirmək imkanı əldə etmiş, enerji təhlükəsizliyi daha da möhkəmlənmişdir.

 

Fərid Qurbanov – Zərdab rayonu, Təzəkənd kənd sakini, fəal gənc


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki