image-qanunla-reklam
image-media-4075bd52-364f-4d5b-b454-ed400dd12807-81oqvj9uc0g3r6ibxzlf-e1777373626329

Azərbaycan – Çexiya əlaqələri uğurla inkişaf etməkdədir

image-lady-day-az

Azərbaycan – Çexiya əlaqələri uğurla inkişaf etməkdədir.

Azərbaycan ilə Çexiya arasındakı əlaqələr kifayət qədər zəngin inkişaf yolu keçib. Belə ki, Çexiya Azərbaycanın müstəqilliyini 1992-ci il 8 yanvar tarixində tanıyıb. Ölkələr arasında diplomatik münasibətlər 1993-cü il yanvarın 29-da qurulub. Azərbaycan Milli Məclisi 2005-ci il 11 mart tarixində ölkəmizin Çexiyada səfirliyinin təsis olunmasına dair qanun qəbul edib. Azərbaycanın bu ölkədəki səfirliyinin açılış mərasimi 2007-ci il avqustun 15-də baş tutub. Çexiyanın ölkəmizdəki səfirliyi isə 2009-cu il dekabrın 1-də təsis edilib. Azərbaycan ilə Çexiya arasında münasibətlər son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyaraq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsipləri əsasında daha da möhkəmlənməkdədir. Bu əlaqələr yalnız diplomatik çərçivə ilə məhdudlaşmır, həm də iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi, investisiya mühiti, eləcə də mədəni və humanitar sahələri əhatə edən geniş spektri özündə birləşdirir. Qlobal geosiyasi proseslərin fonunda enerji təhlükəsizliyi artıq yalnız iqtisadi məsələ deyil, dövlətlərin strateji dayanıqlığını müəyyən edən əsas amillərdən birinə çevrilib. Məhz bu reallıq fonunda Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı enerji əməkdaşlığı ilə bağlı verilən mesajlar xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Qəbələdə səslənən bəyanatlar göstərdi ki, Azərbaycan-Çexiya münasibətlərində enerji amili təkcə əməkdaşlıq sahəsi deyil, strateji tərəfdaşlığın əsas dayaqlarından biridir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanla Çexiya uzun illərdir enerji sahəsində etibarlı tərəfdaşlardır. Azərbaycan neftinin Çexiyanın enerji balansında mühüm yer tutması bu əməkdaşlığın təsadüfi və ya situativ xarakter daşımadığını göstərir. Bu, qarşılıqlı etimad və uzunmüddətli strateji maraqlara əsaslanan münasibətlər modelidir.
Beynəlxalq münasibətlər sistemində uğurlu tərəfdaşlıqlar adətən yalnız siyasi bəyanatlarla deyil, konkret iqtisadi layihələr, institusional mexanizmlər və uzunmüddətli strateji baxışla möhkəmlənir. Çexiyanın Baş nazirinin Azərbaycana rəsmi səfəri və bu çərçivədə iki ölkənin liderləri tərəfindən verilən bəyanatlarda yer alan mesajlar məhz belə bir yanaşmanın ifadəsi kimi diqqət çəkir. Bu səfər Azərbaycan-Çexiya münasibətlərinin yalnız mövcud səviyyəsini təsdiqləmədi, həm də gələcək əməkdaşlığın yeni istiqamətlərini aydın göstərdi. Bu görüşün fərqləndirici cəhətlərindən biri münasibətlərin təkcə siyasi dialoq müstəvisində deyil, çoxşaxəli iqtisadi inteqrasiya modeli əsasında inkişaf etməsinin ön plana çıxmasıdır. Son illərdə Azərbaycan xarici siyasətdə tərəfdaşlıqları yalnız diplomatik münasibətlərlə məhdudlaşdırmır, onları iqtisadi, texnoloji və sənaye əməkdaşlığı ilə dərinləşdirən model formalaşdırır. Çexiya ilə münasibətlər də məhz bu strateji yanaşmanın nümunəsidir. Cənab Prezidentin bəyanatı iki ölkə arasında formalaşan çoxşaxəli tərəfdaşlığın konseptual çərçivəsini müəyyən edən siyasi sənəd xarakteri daşıyır. Bəyanatda əhatə olunan istiqamətlərin hər biri ayrıca təhlil edildikdə, əməkdaşlığın həm mövcud vəziyyəti, həm də perspektiv inkişaf xətti barədə dolğun təsəvvür yaranır. Ümumilikdə, bəyanatın məzmunu göstərir ki, Azərbaycan–Çexiya münasibətləri artıq klassik diplomatik əlaqələr çərçivəsindən çıxaraq kompleks və çoxsahəli strateji tərəfdaşlıq modelinə doğru inkişaf edir. Bu model siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji təhlükəsizliyi və müdafiə sənayesi kimi əsas sütunlar üzərində qurulmaqla yanaşı, institusional mexanizmlərlə də möhkəmləndirilir. Cənab Prezident İlham Əliyevin yekun olaraq səsləndirdiyi qarşılıqlı münasibətlərdə çox gözəl perspektivlər açılır fikri isə mövcud danışıqların strateji nəticələrinin qısa və lakin məzmunlu xülasəsi kimi qiymətləndirilməlidir. Bu ifadə, əslində, Azərbaycan–Çexiya əməkdaşlığının gələcək mərhələdə daha dərin, daha sistemli və qarşılıqlı maraqlara əsaslanan şəkildə inkişaf edəcəyinə dair siyasi iradənin və real imkanların vəhdətini əks etdirir.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Aqşin Əliyev


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki