image-qanunla-reklam
image-media-images-4-7nbvg4ao6i5f1rjtk2zx

Milli Qurtuluşdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu

image-lady-day-az

Milli Qurtuluşdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu

Azərbaycan xalqının müasir tarixində elə mühüm hadisələr vardır ki, onlar ölkəmizin taleyini dəyişərək gələcək inkişaf yolunu müəyyənləşdirmişdir. Bu baxımdan 15 İyun – Milli Qurtuluş Günü və 2020-ci ildə əldə olunan tarixi Zəfər bir-biri ilə sıx bağlı olan, eyni məqsədə xidmət edən mühüm mərhələlərdir. Milli Qurtuluş dövlətçiliyimizi xilas etmiş, Şanlı Qələbə isə həmin dövlətçiliyin gücünü bütün dünyaya nümayiş etdirmişdir. Bu iki tarixi hadisə arasında keçən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi, siyasi və hərbi baxımdan regionun ən güclü dövlətlərindən birinə çevrilmişdir. 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkədə vəziyyət son dərəcə mürəkkəb idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Eyni zamanda ölkə daxilində siyasi qarşıdurmalar, hakimiyyət uğrunda mübarizə, iqtisadi böhran və idarəetmədəki ciddi problemlər dövlətçiliyin gələcəyini təhlükə altına salmışdı.1993-cü ilin yayında ölkədə vəziyyət daha da gərginləşdi. Vətəndaş qarşıd urması təhlükəsi yaranmış, dövlət hakimiyyəti faktiki olaraq iflic vəziyyətinə düşmüşdü. Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir ağır məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev Bakıya dəvət olundu. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ölkə tarixində dönüş nöqtəsi oldu. Məhz bu tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə yazıldı.

Heydər Əliyevin siyasi təcrübəsi, qətiyyəti və uzaqgörənliyi sayəsində qısa müddət ərzində ölkədə sabitlik bərpa edildi. Dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət idarəçiliyində nizam-intizam yaradıldı.

Milli Qurtuluş Azərbaycanın sadəcə siyasi böhrandan çıxması deyildi. Bu hadisə dövlətçiliyimizin qorunması, xalqın gələcəyə inamının bərpası və müstəqil inkişaf yolunun müəyyənləşdirilməsi demək idi. Əgər həmin dövrdə ölkədə sabitlik yaradılmasaydı, sonrakı inkişafdan və əldə olunan nailiyyətlərdən danışmaq mümkün olmazdı. Milli Qurtuluşdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Dövlət quruculuğu istiqamətində mühüm addımlar atıldı. Qanunun aliliyi təmin edildi, hüquqi dövlət quruculuğuna başlanıldı, demokratik institutların formalaşması istiqamətində işlər görüldü. 1994-cü ildə imzalanan və “Əsrin müqaviləsi” adlandırılan neft sazişi Azərbaycanın iqtisadi inkişafında yeni dövr açdı. Xarici sərmayələrin ölkəyə cəlb olunması nəticəsində iqtisadiyyatın inkişafı sürətləndi, yeni iş yerləri yaradıldı və ölkənin maliyyə imkanları genişləndi. Bu dövrdə Azərbaycanın beynəlxalq nüfuzu da artmağa başladı. Ölkəmiz dünya birliyinin etibarlı tərəfdaşı kimi tanındı və regionun aparıcı dövlətlərindən birinə çevrildi. 2003-cü ildə xalqın etimadı ilə Azərbaycan Prezidenti seçilən İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasını uğurla davam etdirdi. Son iyirmi ildən artıq dövr ərzində ölkəmizdə genişmiqyaslı islahatlar həyata keçirildi. Yeni yollar, körpülər, məktəblər, xəstəxanalar tikildi, regionların inkişafına xüsusi diqqət yetirildi. Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etdi, yoxsulluq səviyyəsi dəfələrlə azaldı, əhalinin sosial rifahı yüksəldi. Eyni zamanda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri oldu. Ordumuzun maddi-texniki bazası möhkəmləndirildi, müasir silah və texnikalar alındı, hərbi qulluqçuların peşəkarlığı artırıldı.

 

Rasim Hüseynov – Rayon Ağsaqqallar Şurasının sədri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki