image-qanunla-reklam
image-media-images-4-7nbvg4ao6i5f1rjtk2zx

Azərbaycan xalqının tarixi zəngin və şərəfli səhifələrlə doludur

image-lady-day-az

Azərbaycan xalqının tarixi zəngin və şərəfli səhifələrlə doludur

 

Bu tarixdə xüsusi yer tutan hadisələrdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür. Bu gün təkcə siyasi hadisə deyil, həm də Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, inkişafı və bugünkü uğurlarının təməlini təşkil edən mühüm dönüş nöqtəsidir. Məhz Milli Qurtuluşdan başlayan yol ölkəmizi böyük inkişaf mərhələsindən keçirərək Zəfərə, ərazi bütövlüyümüzün bərpasına və yeni inkişaf dövrünə gətirib çıxarmışdır.

1991-ci ildə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etsə də, ölkədə vəziyyət olduqca mürəkkəb idi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, minlərlə insan doğma yurdlarından didərgin düşürdü. Eyni zamanda siyasi qarşıdurmalar, iqtisadi böhran, idarəetmədə yaranmış problemlər ölkəni ağır vəziyyətə salmışdı. Dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı.

Belə bir çətin dövrdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı. 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində həlledici rol oynadı. Həmin tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu.

Heydər Əliyevin rəhbərliyi ilə ölkədə siyasi sabitlik təmin edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlət idarəçiliyi gücləndirildi. Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı.

1994-cü ildə atəşkəsin əldə olunması ölkədə sabitliyin təmin olunmasına və iqtisadi inkişaf üçün şərait yaradılmasına imkan verdi. Həmin ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynadı. Xarici investisiyalar ölkəyə cəlb edildi, neft strategiyasının əsası qoyuldu və ölkənin gələcək inkişafı üçün möhkəm iqtisadi baza formalaşdırıldı.

Məhz bu dövrdə müasir Azərbaycan dövlətinin əsasları yaradıldı, hüquqi dövlət quruculuğu istiqamətində mühüm islahatlar həyata keçirildi və ölkənin beynəlxalq nüfuzu artmağa başladı.

2003-cü ildən etibarən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafı yeni mərhələyə qədəm qoydu. Ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirildi, yeni yollar, məktəblər, xəstəxanalar, idman kompleksləri və digər infrastruktur obyektləri tikildi.

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı. Enerji, nəqliyyat və logistika sahələrində reallaşdırılan iri layihələr ölkəmizin strateji əhəmiyyətini daha da artırdı. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Cənub Qaz Dəhlizi və digər layihələr Azərbaycanın iqtisadi gücünün möhkəmlənməsinə xidmət etdi.

Sosial sahədə də mühüm addımlar atıldı. Əhalinin rifah halının yaxşılaşdırılması, məşğulluğun artırılması, regionların inkişafı və sosial müdafiə tədbirlərinin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi.

 

Nailə Əliyeva – Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin müdiri


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki