image-qanunla-reklam
image-pr4

Prezident İlham Əliyev Avropa çempionu olan güləşçilərlə görüşüb

image-lady-day-az

30 aprel 2026-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizi beynəlxalq arenada uğurla təmsil edən güləşçilərlə görüş keçirib. Görüşdə Albaniyanın paytaxtı Tirana şəhərində təşkil olunmuş Avropa Güləş Çempionatı yarışında yüksək nəticələr qazanan idmançılar və onların məşqçiləri iştirak ediblər. Prezident idmançıları qazandıqları uğurlar münasibətilə səmimi qəlbdən təbrik edib. O bildirib ki, yunan-Roma, sərbəst və qadın güləşi üzrə əldə olunan medallar Azərbaycanın idman gücünü bir daha nümayiş etdirir. Dövlət başçısı vurğulayıb ki, bu qələbələr xalqımıza böyük sevinc yaşadır və ölkənin idman nüfuzunu artırır.

Görüş zamanı idmançılar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, belə görüşlər onları daha böyük uğurlar qazanmağa ruhlandırır və gələcək yarışlara daha inamla hazırlaşmağa kömək edir. Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatında komanda hesabında birinci yerə layiq görülərək Avropa çempionu adını qazanıb. Bu uğur ölkəmizin idman tarixində növbəti mühüm nailiyyət kimi qiymətləndirilir.

 

Zərdab rayon Salahlı kənd ümumi orta ümumtəhsil məktəbinin direktoru-Rəşad İsmayılov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki