Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə və Aparatın digər vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin məhsulu üçün kümçülərə paylanılmış ipəkqurdunun saxlanılması şəraiti ilə tanışlıq davam etdirilir.
Qanunla.Az xəbər verir ki, yaşayış məntəqələrində kümxanalara baxış keçirilir, kümçülərə lazımi tövsiyə və tapşırıqlar verilir, onların yemlə təmin olunması üçün köməkliklər göstərilir. Artıq rayon ərazisində saxlanılan ipəkqurdu sarıma mərhələsindədir. Kümçülər bol məhsul gözləyirlər.