Azərbaycanın şəhər və rayonlarda olduğu kimi, il ərzində Zərdab rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir.
Qanunla.Az xəbər verir ki, tədbirlər çərçivəsində Zərdab rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında rayon icra hakimiyyəti tərəfindən payız mövsümündə ağacəkmə aksiyalarının keçirilməsinə start verilib. Aksiyada rayon rəhbərliyi, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, ictimaiyyət nümayəndələri iştirak edirlər. Ucar-Zərdab-Ağcabədi magistral avtomobil yolunun kənarında 850 ədəd müxtəlif növ ağaclar əkilib, onlara aqrotexniki qulluq göstərilib. “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 10 000 ədəd ağacın əkilməsi, abadlıqla bağlı tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.