Xocalıda 32 ildən sonra ilk toya hazırlıq işləri gedir.
Qanunla.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə görüntülər paylaşılıb.
Maraqlıdır ki, toy 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı soyqırımını törədən erməni barbarları tərəfindən dağıdılmış evin xarabalıqları üzərində baş tutacaq.
Qeyd edək ki, bu, 1992-ci il yanvarın 18-də Xocalıda keçirilən sonuncu toyun davamı olacaq. Həmin vaxt Vasif Qafarov adlı Xocalı sakininin toyu atışmaya görə yarımçıq dayandırılmışdı.