image-qanunla-reklam
image-orange-and-pink-illustration-minimalist-content-creator-instagram-post

“Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsinin icrasına başlanılıb

image-lady-day-az

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsinin icrasına başlamışdır. Layihə 3 ay olmaqla Zərdab rayonunda həyata keçiriləcək.

Qanunla.Az xəbər verir ki, layihənin məqsədi region gənclərinin yumşaq bacarıqlarının inkişafına və onlara karyera planlamasının öyrədilməsindən ibarətdir.

Layihə çərçivəsində ilk öncə layihənin təqdimatı keçirilərək problemin daha çox kütləyə çatmasını təmin edəcəyik.

Növbəti mərhələdə Zərdab rayonu üzrə 4 məktəbin yuxarı sinif şagirdləri ilə maarifləndirmə görüşləri keçiriləcək. Görüşlərdə Karyera Planlaması mövzusunda təməl biliklər aşılanacaq və uğurlu karyerada yumşaq bacarıqların rolundan danışılacaq.

Sonda isə Zərdab rayonunda 25 yeniyetmə və gəncin iştirakı ilə “Karyera Planlaması Məktəbi” keçiriləcək. KP Məktəbdə iştirak haqqı qazanan gənclər doğru karyera planlaması, burada lazımlı bacarıqların öyrənilməsi və öncədən inkişaf etdirilməsi haqda əsas və effektiv bilikləri əldə edəcəklər. Erkən yaşlardan düzgün karyera planlaması edən gənc öz işində uğurla addımlayır və bunun sayəsində cəmiyyətimiz inkişaf edir, ixtisaslaşmış savadlı kadrlar yetişir, bu da ölkə iqtisadiyatına böyük töhfə verir.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki