image-qanunla-reklam
image-8380fbeb19febbad66732c878db0fd13

Mehdiyevin kürəkəni içki aludəçisi olub, gecələr “Rolls-Royce”da stress atır – FOTOLAR

image-lady-day-az

Milli Məclisin sabiq deputatı, akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev depressiyaya düşüb.

Qanunla.Az xəbər verir ki, bu barədə demokrat.az-a sabiq deputatın dostlarından biri məlumat verib.  Onun sözlərinə görə, son aylar eks-deputat spirtli içki aludəçisi olub, tez-tez içki məclislərində görünür.  Həmçinin, o, idarə etdiyi “Rolls-Royce” və “Bentley” model bahalı avtomobilləri ilə gecələr stress atmağa çalışır. Mehdiyevin kürəkəni köhnə dostları ilə tez-tez “Elmlər Akademiyası” metrostansiyası yaxınlığındakı biznes məkanlarında oturur.

Musavat.com-a daxil olan məlumatlarda iddia olunur ki, sabiq deputat 2020-ci ildə həbsindən sonra özünü təhqir edilmiş hesab edir. Hakimiyyətə qarşı qəzəbli olan sabiq deputat baş verənlərə hər hansı bir formada qarşılıq verə bilməməsini spirtli içkilərə aludəçiliklə ötüşdürməyə çalışır. Qeyd edək ki, 2020-ci ilin avqustunda, COVİD-19 virusunun önlənməsi üçün tətbiq olunan karantin günlərində Mehdiyevin kürəkəni Novxanı qəsəbəsindəki dəbdəbəli imarətində qızı Fidan Əliyevaya toy edib. Məsələ ictimailəşəndən sonra karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat saxlanılıb. O, İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) ittiham olunmaqla hakim qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsində ona hökm oxunub. 15 sutka inzibati həbs cəzası alan kürəkən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsinə göndərilib. 15 günlük həbsdən azad olunandan sonra sabiq deputat Saxlanma Məntəqəsinin önündə mətbuat nümayəndələrinin suallarını cavablandırarkən qəzəb-qəhər içində, çaşqın durumda toydan görüntülər yayanları lənətləyib.

Yada salaq ki, ötən müddət ərzində ərköyün kürəkənin adı mətbuatda dəfələrlə ən müxtəlif məhkəmə işlərində hallanıb, Şabranda sahibkar Mansur İbrahimova məxsus 100 hektarlarla torpağı aldatma yolu ilə, 5 min 600 manata rəsmiləşdirməklə əlindən alması üzə çıxıb. Hazırda bu iş üzrə də sabiq deputatın cavabdeh tərəf olduğu məhkəmə prosesləri davam edir.

Musavat.com


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki