95 saylı Zərdab -Kürdəmir-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş Jalə Əliyeva növbəti görüşü Zərdab rayonun Heydər Əliyev Mərkəzində Suvarma Sistemləri idarəsinin işçiləri ilə keçirmişdir.
Qanunla.Az xəbər verir ki, seçkilər 1 sentyabr tarixində keçiriləcək. Hazırda qeydə alınmış namizədlərin seçkiqabağı təbliğat-təşviqat kampaniyası davam edir. Kifayət qədər yüksək səviyyədə gedən prosesdə seçicilərin xüsusi maraq göstərməsi seçki marafonunun aktivliyini göstərir.
İlk öncə Jalə Əliyeva ümummilli lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib.
Görüşdə Jalə Əliyevanın vəkilləri Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova və Təhminə Səfərəliyeva xanım namizədin platforması haqqında seçicilərlə geniş məlumat vermişlər.Seçicilər namizədin bu günə qədərki fəaliyyəti və gördüyü işlərlə bağlı məlumatlandırılıb.
Jalə Əliyeva ona yenidən etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni edəcəyinə söz verib. O, həmçinin parlamentdəki fəaliyyəti barədə də görüş iştirakçılarını məlumatlandırıb.Seçicilər parlament seçkilərində fəal iştirak etməyə dəvət edən xanım namizəd bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinn möhkəmləndirilməsinə verdikləri dəyərli töhfə kimi qiymətləndirmişdir.
Görüşdə iştirak edən seçicilər , ziyalılar və ağsaqqallar deputatlığa namizəd Jalə Əliyevaya yekdilliklə səs verəcəklərini bildiriblər.
Deputatlığa namizəd Jalə Əliyeva ağsaqqalların xeyir-duasını alaraq çıxdığı bu şərəfli və məsuliyyətli yolda dövlətimizin qarşıya qoyduğu vəzifələrin xalqın, cəmiyyətin istəyinə uyğun layiqincə yerinə yetirməyə çalışacağını bildirib.
Vüqar Rəhimov