95 saylı Zərdab-Kürdəmir-Ucar- seçki dairəsi üzrə namizədliyini irəli sürmüş Jalə Əliyevanın parlament seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Zərdab rayonu, 32-ci hektar yaşayış massivində seçicilərlə görüşü keçirilib.
Qanunla.Az xəbər verir ki, görüşdə çıxış edən xanım namizədin vəkilləri Zemfira Eyvazova, Könül Rəhimova və Təhminə Səfərəliyeva deputatlığa namizədliyini irəli sürmüş Jalə Əliyevanın işlədiyi müddət ərzində fəaliyyəti barədə ətraflı məlumat veriblər. Qeyd edilib ki, Jalə Əliyeva Milli Məclisin deputatı kimi qanunvericilik aktlarının qəbulunda hər zaman fəallığı ilə seçilib, eyni zamanda seçiciləri tərəfindən qaldırılmış problemlərin müsbət həlli istiqamətində səylərini əsirgəməyib.
Görüşdə çıxış edən deputatlığa namizəd Jalə Əliyeva əvvəlcə ölkəmizin qazandığı böyük nailiyyətlər haqqında danışıb. O, ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında mühüm xidmətlərini vurğulayıb, hazırda ölkəmizdə xalqla iqtidar arasında sarsılmaz birlik olduğunu deyib.
Xanım namizəd xalqımızın tarixi zəfər qazandığını və bundan sonra daha da möhtəşəm uğurlara imza atılacağını bildirib.
Jalə Əliyeva daha sonra seçki platformasından danışaraq seçiciləri parlament seçkisində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. O, deputat seçiləcəyi təqdirdə göstərilən inam və etimadı layiqincə doğrultmağa çalışacağına söz verib.
Tədbirdə çıxış edən seçicilər qarşıdan gələn parlament seçkilərində növbəti dəfə 95 saylı Zərdab-Kürdəmir-Ucar- seçki dairəsinidən namizədliyini irəli sürmüş Jalə Əliyevaya səs verəcəklərini bəyan ediblər.
Qanunla.Az Vüqar Rəhimov