image-qanunla-reklam
image-img-20240827-wa0057

Jalə Əliyeva Zərdab rayonunun Körpükəndində seçicilərlə görüş keçirib -FOTO

image-lady-day-az

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təşviqat kampaniyası çərçivəsində 95 saylı Zərdab -Kürdəmir-Ucar seçki dairəsindən deputatlığa namizədliyini  irəli sürmüş Jalə Əliyevanın seçicilərlə görüşləri Zərdab rayonunun Körpükəndində Körpükənd, Bıçaqçı, Yuxarı Seyidlər və Sileyli kənd seçiciləri ilə keçirilib.

Qanunla.Az xəbər verir ki, deputatlığa namizəd görüşdən öncə Vətən müharibəsi şəhidi İlkin Ağayev  və Turan Muradovun ailəsi ilə bir araya gəlib.Çay süfrəsi arxasında səmimi söhbətlər zamanı şəhidin ailəsi növbədənkənar parlament seçkilərində namizəd Jalə Əliyevaya səs verəcəklərini bildiriblər.Və onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkür ediblər.

Daha sonra Jalə Əliyeva Körpükəndində şəhidlərin xatirəsinə ucaldılmış bulağı ziyarət edib, əziz xatirəsini ehtiramla yad edib.

Daha sonra seçiciləri ilə görüşdə Jalə Əliyeva çıxış edərək bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlardan bəhs edib. O, Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin ölkəmizdə uğurla davam etdirildiyini və bu siyasətin dövlətimizin və xalqımızın inkişafının, milli təhlükəsizliyimizin əsl qarantı olduğunu söyləyib.

Seçicilər çıxışlarında öz fikir və təkliflərini səsləndirib, birgə fikir mübadiləsi aparılıb. Deputatlığa namizəd səsləndirilən bütün fikirlərin diqqətədə saxlanılacağını və həlli istiqamətində konkret addımların atılacağını söyləyib.

Seçicilər birmənalı şəkildə Jalə Əliyevanı  dəstəklədiklərini və seçkilərdə real  namizəd kimi ona səs verəcəklərini bildiriblər.

Qanunla.Az   Vüqar Rəhimov

image-img-20240827-wa0028image-img-20240827-wa0032image-img-20240827-wa0025 image-img-20240827-wa0036 image-img-20240827-wa0037 image-img-20240827-wa0040image-img-20240827-wa0035image-img-20240827-wa0033image-img-20240827-wa0029image-img-20240827-wa0027image-img-20240827-wa0026image-img-20240827-wa0039image-img-20240827-wa0055image-img-20240827-wa0054image-img-20240827-wa0059image-img-20240827-wa0053image-img-20240827-wa0052image-img-20240827-wa0051image-img-20240827-wa0050image-img-20240827-wa0042image-img-20240827-wa0045image-img-20240827-wa0044image-img-20240827-wa0048image-img-20240827-wa0047image-img-20240827-wa0046image-img-20240827-wa0049


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki