Bu gün 44 günlük Vətən müharibəsi qazisi, bu yaxınlarda bir ayağı amputasiya olunan Hacı Orucovu evində ziyarət etdik.
Bu sözləri Qanunla Az-a deputatlığa namizəd Jalə Əliyeva bildirib.
Anası, qardaşı, həyat yoldaşı və iki övladı ilə birlikdə çay süfrəsi arxasında xeyli söhbətləşdik. Qazimizi narahat edən məqamları müzakirə etdik, ehtiyacları ilə maraqlandıq. Həllini gözləyən bəzi məsələlərlə, eyni zamanda ona daha əvvəl təyin edilən 3-cü qrup əlilliyin amputasiya əməliyyatından sonra 1-ci qrupa dəyişdirilməsiylə bağlı olaraq əlaqədar quruma etdiyi müraciətin cavabının tezləşdirilməsi və müsbət həll ediləməsi üçün köməklik göstərəcəyimizi bildirdik.
Sonra Hacı Orucovun yaşadığı Azərbaycan küçəsində yeni salınan nümunəvi məhəllənin sakinləriylə görüşdük. Sakinlərlə, onları maraqlandıran məsələlər barəsində söhbət etdik, fikir mübadiləsi apardıq. Nümunəvi məhəllənin sakinlərinin xoş əhval-ruhiyyəsi, söylədikləri müsbət fikirlər gün ərzində gərgin bir qrafiklə işləyən bizlərə sanki yeni nəfəs verdi. Məhəllənin sakini olan seçicilərimə sonsuz minnətdarlığımızı bildirir, qazimizə Allahdan can sağlığı diləyirik.