Jalə Əliyeva əslən Kəlbəcər rayonundan olan, Zərdab rayonunda məskunlaşmış ailənin övladı, şəhid Vəliyev İbrahim Ələmşah oğlunun ailə üzvlərinı ziyarət edib.
Qanunla.Az xəbər verir ki, deputatlığa namizəd Jalə Əliyeva Azərbaycan Ordusunun zəfərindən və bütün dünyanı heyrətləndirən Azərbaycan əsgərlərinin qəhrəmanlıqlarından danışıb. Şəhid ailələrinin qayğılarını dinləyən Jalə Əliyeva bildirib ki, Vətən, torpaq uğrunda şəhidlərimizlə yanaşı onların valideynləri də hər birimiz üçün əzizdirlər. Bu qəhrəman oğulların vətənpərvər ruhda tərbiyə olunmasında onların valideynlərinin rolu çox böyük olub.
Ali Baş Komandan Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və qazilərimizə göstərdiyi diqqət və qayğısından danışan Jalə Əliyeva bildirib ki, bundan sonra da dövlətimiz şəhidlərin adını uca tutacaq və onların ailə üzvləri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunacaqlar.
Xanım namizəd çay süfrəsi arxasında keçən səmimi, mehriban görüşdə ailənin ehtiyacları ilə maraqlanıb, xahişlərini dinləyib, qaldırdıqları məsələlərin həllinə yardımçı olmaları üçün əlaqədar qurumlara müraciət edəcəyini bildirib.
Şəhidin ailəsi onlarla göstərilən diqqət və qayğıya görə Jalə Əliyevaya təşəkkür ediblər.