image-qanunla-reklam
image-076ac9b8-51f7-49b3-8d31-6d7664b9b30d

ƏMANƏT layihəsinin ətir brendi və veb-saytı ictimaiyyətə təqdim olunub

image-lady-day-az

ƏMANƏT layihəsinin ətir brendi və veb-saytı ictimaiyyətə təqdim olunub

ƏMANƏT layihəsi  “Ən gözəl miras” adlı möhtəşəm bir tədbirlə yadda qaldı. Tədbirdə iştirakçılara layihənin təqdimatı edilib və üç il ərzində görülən işlər haqqında geniş məlumat verilib. Layihə çərçivəsində yeni veb-sayt və “Əmanət Parfüm” adlı ətir brendi ictimaiyyətə təqdim olunub.

Qanunla.Az xəbər verir ki, tədbirin davamında yazıçı və psixoloq İlqar Kamilin “Ən gözəl miras” adlı seminarı keçirilib. Seminarda uşaqların tərbiyəsi ilə bağlı koqnitiv, praktiki, etik və mənəvi məsələlər müzakirə edilib. İnteraktiv seminar boyunca iştirakçılar öz suallarını ünvanlayıb və ətraflı cavablar alıblar.

Bundan əlavə, Nizami Kino Mərkəzində şəhid və qazi övladlarının fərdi inkişafına dəstək göstərən ƏMANƏT layihəsinin təşkilatçılığı ilə İlqar Kamilin imza saatı baş tutub.

Qeyd edək ki, bu layihə şəhid və qazi övladlarının fərdi inkişafına dəstək vermək məqsədi daşıyır. İndiyədək 200-ə qədər şəhid və qazi övladı layihə iştirakçısı ziyarət edilib. Bu ziyarətlər zamanı hər ailəyə dərs ləvazimatları, bədii və uşaq ədəbiyyatı, müxtəlif yaş qrupuna uyğun hədiyyələr təqdim olunub.

Hazırda layihədə 200-dən artıq şəhid və qazi övladı, eyni zamanda onların bacı və qardaşları, həyat yoldaşları təhsil alır. Layihədə 150-yə yaxın müəllim, psixoloq, loqoped, həkim və digər sahə mütəxəssisləri xidmət göstərir.

Layihənin fəaliyyət istiqamətləri genişdir və aşağıdakıları əhatə edir:

– Şəhid və qazilərin 1-ci dərəcəli ailə üzvləri və qazilər üçün təkmilləşdirmə dərsləri, kursları, fərdi inkişaf təlimləri, seminarları;

– Təhsil ləvazimatları ilə təminat;

– Psixoloji və loqoped konsultasiyaları;

– Karyera konsultasiyaları;

– Sosial işlər;

– Kamp və düşərgələr;

– Ailə ziyarətləri;

– Əlamətdar və xüsusi günlərlə bağlı tədbirlər;

– Könüllülük proqramı.

“Əmanət” layihəsi şəhid və qazi ailələrinin həyatına müsbət təsir göstərərək onların fərdi və təhsil inkişafına dəstək olmaqda davam edir.

image-076ac9b8-51f7-49b3-8d31-6d7664b9b30dimage-e08eab96-0655-48d5-9b29-e4663d0cf7f2image-78cc0139-9e3a-48f3-a430-b8dbfd569f0bimage-cff4ff85-8e35-425b-9b90-ae660d1e58efimage-c1badcaf-f97e-4a0f-acf2-695522058c81image-a2f372d2-aab7-430d-b5b3-cc75fbb2ef89image-4ebdcc58-6618-4d7d-9d39-70accca4ef59


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki