Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə 95 saylı Zərdab-Kürdəmir -Ucar Seçki Dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputatlığa namizəd, professor Jalə Əliyeva seçkiqabağı təşviqat çərçivəsində seçicilərlə görüşləri davam etdirir.
Qanunla.Az xəbər verir ki, növbəti görüş Təzəkənd və Qoşaoba qəsəbəsində seçiciləri ilə keçirilib.
Əvvəlcə Şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Xanım namizədin vəkilləri seçicilərə Jalə Əliyevanın gördüyü işlər və platformasında nəzərdə tutulan məsələlər haqqında geniş məlumat veriblər.
Seçicilərin yüksək fəallığı ilə keçən görüşdə Jalə Əliyeva Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin tam bərpa edilməsi, ölkəmizdə həyata keçirilən uğurlu islahatlar haqqında geniş məlumat verib.
Jalə Əliyeva bildirib ki, ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar ölkəmizin sosial-iqtisadi inkişafına, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasına, insanların sosial rifahının yüksəldilməsinə xidmət edir.
Görüşdə çıxış edən seçicilər deputatlığa namizəd professor Jalə Əliyevaya yedilliklə dəstək ifadə ediblər.
Seçicilər sonda vurğulayıblar ki, 1-sentyabr seçkilər günü seçki məntəqələrinə gedərək Jalə Əliyevaya səs verəcəklər.
Qanunla.Az Vüqar Rəhimov