image-qanunla-reklam
image-bulvar

Bulvarda oğurluq: saxlanılan var – Video

image-lady-day-az

Bakıda 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarını oğurlayan şəxs saxlanılıb.

Qanunla.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki