image-qanunla-reklam
image-1383371018ilham-eliyev-prezident-serencam-1

Bu nazirin müavinlərinin sayı artırıldı

image-lady-day-az

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qanunla.Az  fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 5.4-cü bəndinə “azad edilən” sözlərindən sonra “birinci müavini və” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki