image-qanunla-reklam
image-hekim-firildaq

Bakıda bu xəstəlik yayılır – Həkim xəbərdarlıq etdi

image-lady-day-az

Son vaxtlar qarında ağrılar, ürəkbulanma və qusma ilə müşayiət edilən virus infeksiyaları geniş yayılıb. Əvvəlcə uşaqlar arasında müşahidə olunsa da, hazırda böyüklər də bundan şikayətlənirlər.

Bu sözləri Qanunla.Az-a həkim, tibb üzrə elmlər doktoru Adil Qeybulla son günlər geniş yayılmış infeksion xəstəliklərlə bağlı danışarkən deyib.

“Hazırda həm koronovirusun davam etməsi, həm respirator infeksiyaların yayılması, həm də qarın boşluğu orqanlarında problem yaradan xəstəliklərlə bağlı şikayətlər artıb. Bu xəstəliklərdən qorunmaq üçün birinci növbədə xəstə insanlarla məsafə saxlamağa çalışmalıyıq. İkincisi, infeksion xəstəliyə yoluxan şəxslər özbaşına müalicə üsulundan birmənalı şəkildə yayınmalıdırlar. Ev şəraitində yalnız uşaqlara su tutumu az olduğu üçün regidon verilsə, yaxşı olar. Bu, duz məhluldur, bir litr suda həll olunur və qaşıq-qaşıq uşaqlara verilir. Qalan bütün müalicə təyinatı həkim nəzarətində həyata keçməlidir. Heç kim özbaşına infuziya aparmamalı, sistem qoymamalı, dərman qəbul etməməlidir. Qətiyyən məqsədəuyğun deyil. Hazırda bunun yol açdığı problemlərlə qarşılaşırıq”, – deyə həkim bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki