image-qanunla-reklam
image-baki

Bakı səmasında nə baş verir? – Nazirlik

image-lady-day-az

Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir.

Qanunla.Az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır. Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki