Milli Məclisə seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində 95 saylı Zərdab-Kürdəmir-Ucar seçki dairəsindən namizədliyini irəli sürmüş Jalə Əliyevanın seçicilərlə görüşü Zərdab rayon Heydər Əliyev Mərkəzində keçirilib.
Qanunla.Az xəbər verir ki, öncə Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin əziz ruhları bir dəqiqəlik sükutla yad edilib.
Bu gün seçicilərlə növbəti görüşünü keçirən Jalə Əliyeva ən uğurlu kampaniya aparan namizədlər arasındadır. Belə görüşlərdən biri də bu gün keçirilib. İzdihamlı keçən görüşdə xanım namizədin vəkilləri Gülağa İsgəndərov, Zemfira Eyvazova, Könül Rəhimova və Təhminə Səfərəliyeva Jalə Əliyeva haqqında seçicilərə geniş məlumat veriblər. Seçicilər namizədin bu günə qədərki fəaliyyəti və gördüyü işlərlə bağlı məlumatlandırılıb.
Jalə Əliyeva çıxışı zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz tərəfindən torpaqlarımızın işğaldan azad edilməsinin yalnız ölkəmiz üçün deyil, bütövlükdə regionun inkişafı üçün yeni imkanlar yaratdığını bildirib:
“Platformada qeyd olunanlara uyğun olaraq seçicilər ilə birbaşa ünsiyyət qorunub saxlanılacaq”.
Daha sonra çıxış edən seçicilər tarixi zəfərə görə Ali Baş Komandana və ordumuza minnətdarlıqlarını ifadə edərək onları maraqlandıran məsələlər ilə bağlı öz fikirlərini bölüşüblər.
Səmimi keçən görüşdə seçicilər növbədənkənar seçkilərdə Jalə Əliyevanı dəstəkləyəcəklərini ifadə ediblər.
Qanunla.Az Vüqar Rəhimov