image-qanunla-reklam
image-img-20240919-wa0006

27 SENTYABR ANIM GÜNÜNÜ XALQIMIZ DAİM YÜKSƏK EHTİRAMLA YAD EDƏCƏK!

image-lady-day-az

27 SENTYABR ANIM GÜNÜNÜ XALQIMIZ DAİM YÜKSƏK EHTİRAMLA YAD EDƏCƏK!

2020-ci il sentyabr ayının 27-si sadəcə Azərbaycanın deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni və parlaq bir səhifənin açılmasına səbəb olan gündür. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Şanlı Azərbaycan Ordusu Vətən torpaqlarının 30 il davam edən işğalına son qoymaq məqsədilə erməni faşizminə qarşı Zəfər yürüşünə başladı. Cəmi 44 gün davam edən II Qarabağ savaşı Azərbaycanın tam və qəti qələbəsi ilə başa çatdı. Qədim Azərbaycan şəhəri Şuşa ordumuz tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentləri, eləcə də Ermənistanın baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Azərbaycan öz suveren ərazi bütövlüyünü bərpa etdi. 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin imzaladığı 02 dekabr 2020-ci il tarixli Sərəncamla 27 sentyabr Azərbaycan Respublikasında hər il Anım Günü kimi qeyd olunur. Vətən müharibəsinin başlanma səbəbini şərtləndirən amillər, ilk növbədə səlahiyyətli beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münaqişəsinin həllinə qərəzli mövqelərdən yanaşmalarının təsiri altında formalaşıb: “Əlbəttə ki, 2020-ci ildə II Qarabağ müharibəsi olmaya da bilərdi. Buna görə sadəcə BMT, ATƏT və digər qlobal təsisatlar beynəlxalq hüququn tələblərinə Ermənistan tərəfindən əməl olunmasını təmin etməli idilər. Lakin bu baş vermədi. Əksinə, 30 ildən artıq müddət ərzində dünya ictimaiyyəti Azərbaycan ərazilərinin işğalı, xalqımıza qarşı törədilən dəhşətli hərbi cinayətlər və qətliam hadisələri ilə bağlı baş verənlərə göz yumdu. Erməni qəsbkarlarının bütün dünyada olan havadarları Azərbaycanı işğal aktı ilə barışmağa, müvəqqəti itirilmiş ərazilərdən birdəfəlik imtina etdirməyə çalışdılar. Lakin cənab Prezident İlham Əliyev tərəfindən bütün bu illər ərzində Azərbaycanın inkişafı, güclü iqtisadiyyata, qüdrətli orduya sahib olması istiqamətində irimiqyaslı və məqsədyönlü iş aparıldı. Nəticədə ermənilərin 5 ilə işğal etdikləri və 30 il ərzində hərbi-mühəndis istehkamları ilə möhkəmləndirdikləri müdafiə xətlərini Azərbaycan Ordusu cəmi 44 günə dəf etdi. Azərbaycan özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan Ordusu əldə etdiyi tarixi qələbəsi ilə tariximizin ən şərəfli səhifəsini yazdı. Bu möhtəşəm tarixi Zəfər Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratdı və bundan sonra artıq bütün dünya Azərbaycanın müəllifi olduğu bu reallıqlarla hesablaşmaq məcburiyyətindədir. Tarixi Qələbənin əldə olunmasında ən vacib amil ölkəmizdə uğurla həyata keçirilən ordu quruculuğu işi idi: “Ermənistan həm I Qarabağ müharibəsində, həm də II Qarabağ müharibəsində çox sayda hərbi cinayətlər törədib. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman deyirdi ki, biz şəhidlərimizin qanını yerdə qoymayacağıq. Dövlət başçımızın bu kəlmələri Vətən müharibəsinin gedişində reallaşdı. Azərbaycan Ordusu şəhidlərimizin qanını düşməndən aldı və bunu döyüş meydanında etdi. Azərbaycan Ordusu XXI əsrin ən yeni döyüş taktikasını dünyaya təqdim etdi. Qeyd olunmalıdır ki, 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda yenidən hakimiyyətə gəlmiş Ulu Öndər Heydər Əliyev artıq o zamandan ordu quluculuğu işinə başlamışdı. Bu vacib işi son 21 il ərzində böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə Silahlı Qüvvələrimizin artıq həm kəmiyyət, həm də keyfiyyətcə komplektləşməsini daha da gücləndirdi və bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasında yer alıb.
Bütün bu illər ərzində Ali Baş Komandanımız ordu quruculuğu məsələlərini daim diqqət mərkəzində saxladı. II Qarabağ savaşının başladığı günə qədər ötən dövr ərzində möhtərəm Prezidentimiz hər zaman öz çıxışlarında ölkəmizin ərazi bütövlünün bərpa edilməsində, Qarabağ münaqişəsinin həllində ordunun üzərinə mühüm vəzifələr düşdüyünü bildirirdi. Məhz bu məqsədlərlə ötən illər ərzində ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi istiqamətində görülən işlərin, Silahlı Qüvvələrdə aparılan islahatların nəticəsi olaraq bu gün Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir. Azərbaycan Ordusu nəinki bölgədə, həm də bütün dünyada hərbi potensialına, döyüş qabiliyyətinə, təchizata görə ən güclü ordular sırasında olduğunu bir daha təsdiq etdi.

Yeni Azərbaycan Partiyası
Saatlı rayon təşkilatı aparatının məsləhətçisi
Kənan İslamov


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki