image-qanunla-reklam
image-fb_img_1729341072804

25 region gəncinin iştirakı ilə Karyera Planlaması Məktəbi təşkil olundu

image-lady-day-az

“Gəncliyə Dəstək” İB-nın təşkilatçılığı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Region gəncləri üçün Karyera Planlaması Məktəbi” layihəsi çərçivəsində 25 region gəncinin iştirakı ilə Karyera Planlaması Məktəbi təşkil olundu.

Qanunla.Az xəbər verir ki, layihə rəhbəri Vəfa Xəlilli layihə, donor və təşkilat haqqında məlumat verərək görüş qonaqlarını təqdim etdi.
İlk öncə “Karyera Planlaması” mütəxəssisi Sevinc Burzuyeva çıxış etdi. Gənclərə karyera planlaması zamanı karyera imkanlarının araşdırılmasından, davamlı təhsilin əhəmiyyətindən, düzgün ixtisas seçiminin rolundan danışdı.
Ucar Gənclər Evinin direktoru Kazım Məmmədov karyera planlamasında peşə seçimindən, özünü inkişafdan, zamanın idarə edilməsinin rolundan danışdı və gənclərə real situasiyalarla faydalı məsləhətlər verdi.
Tədbirin sonunda iştirakçılar suallarını təlimçilərə yönəldərək, ətraflı cavablar əldə etdilər. Məktəb iştirakçılarına sertifikatlar təqdim olundu.
Layihənin əsas məqsədi region gənclərinin yumşaq bacarıqlarını inkişaf etdirmək və onlara effektiv karyera planlamasının əsaslarını öyrətməkdir.

image-fb_img_1729341072804 image-fb_img_1729341076191 image-fb_img_1729341079155 image-fb_img_1729341081895 image-fb_img_1729341084694 image-fb_img_1729341087319 image-fb_img_1729341089924 image-fb_img_1729341092584 image-fb_img_1729341095338 image-fb_img_1729341097946image-6


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki