95 saylı Zərdab-Ucar-Kürdəmir seçki dairəsindən parlament seçkilərinə namizədliyini irəli sürən Jalə Əliyeva seçicilərlə görüşləri davam edir.
Qanunla.Az xəbər verir ki, növbəti belə görüş avqustun 12-də Zərdab rayonunun Qoruqbağı kəndində Sarıqaya, Məlikli, Burunlu, Pərvanlı kənd sakinləri ilə keçirilib.
Qoruqbağı kənd orta məktəbinin həyətində vətəndaşlarla səmimi söhbət zamanı məlum olub ki, onlar növbədənkənar parlament seckilərinə böyük ümid bəsləyirlər.
Qeyd olunub ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın apardığı uğurlu siyasət və həyata keçirilən son islahatlar onlarda inamı daha da artırıb.
Görüşdə çıxış edən deputatlığa namizəd Jalə Əliyevanın səlahiyyətli nümayəndələri Gülağa İsgəndərov , Zemfira Eyvazova, Könül Rəhimova, Təhminə Səfərəliyeva Jalə Əliyevanın layiqli namizəd olduğunu, onun seçkilərdə qələbə qazanacağına inandıqlarını bildiriblər.
Qeyd olunub ki, Jalə Əliyevanı sakinlər yaxşı tanıyır, gördüyü işlərlə əhali arasında böyük hörmət qazanıb. Natiqlər Jalə Əliyevanın öz seçicilərini millət vəkili kimi lazımı səviyyədə təmsil edəcəyinə əminliklərini ifadə ediblər.
Daha sonra Jalə Əliyeva seçicilərin problemləri ilə maraqlanıb, onların qaldırdıqları mələlərlə bağlı fikirlərini bildirib. Seçiciləri maraqlandıran sualları cavablandıran deputatlığa namizəd qaldırılan hər bir məsələyə diqqətlə yanaşacağını, əhalini narahat edən problemlərin həlli üçün əlindən gələni edəcəyini vurğulayıb.
Görüş iştirakçıları Jalə Əliyevaya uğurlar arzulayıblar.
Vüqar Rəhimov