Qətlə yetirilən polislərimiz bu gün dəfn olunacaq.
Bu barədə Qanunla.Az-a Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan biri Kürdəmir rayonu Cəyli kəndində, biri Binə qəbiristanlığında, digəri isə Bakıxanov qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, iyunun 24-də paytaxtın Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş, hazırda axtarışda olan 1986-cı təvəllüdlü Rövşən Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib və “Lancaster” markalı ov silahından atəş açaraq, 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib.
Qətlə yetirilən polis əməkdaşları serjantlar Mahir Ağayev və Mirəli Heydərov və kapitan Eldəniz Məmmədovdur.