Fövqəladə Hallar Nazirliyinə Lənkəran rayonu Girdəni kənd sakini Hüseynov Emin Balağa oğluna məxsus evin yararsız vəziyyətə düşməsi ilə əlaqədar ailənin yaşayış yerinin olmaması barədə məlumat daxil olub.
Bu barədə Qanunla.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, FHN-in Cənub Regional Mərkəzinin əməkdaşları tərəfindən Girdəni kənd sakini E.Hüseynov üçün müvəqqəti yaşayış məqsədilə çadır qurularaq vətəndaşa təhvil verilib.