Rayon İcra Hakimiyyətinin başçısı və Aparatın digər vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin məhsulu üçün kümçülərə paylanılmış ipəkqurdunun saxlanılması şəraiti ilə tanışlıq davam etdirilir.
Qanunla.Az xəbər verir ki, növbəti dəfə rayonun Gödəkqobu, Məmmədqasımlı, Yarməmmədbağı, Pərvanlı kəndlərində kümxanalara baxış keçirilmiş, kümçülərə lazımi tövsiyə və tapşırıqlar verilmişdir.