image-qanunla-reklam
image-elcin-carlz

DSX sədri III Çarlzla bir arada – Video

image-lady-day-az

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Böyük Britaniyanın Kralı III Çarlz ilə görüşüb.

Qanunla.Az xəbər verir ki, bu barədə DSX-nin rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, DSX rəisi III Çarlzla birgə atların yarışını izləyib.

Qeyd edək ki, tərkibinə Dövlət Sərhəd Xidmətinin rəqs ansamblı, 20 Qarabağ atından ibarət süvari dəstəsi və “Land of Fire” polo komandasının daxil olduğu nümayəndə heyətinin tədbirdə iştirakı Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Feferasiyasının təşkilatçılığı ilə baş tutub.

Mötəbər tədbirdə təmsilçilərimiz tərəfindən çılğınlığı və gözəlliyi ilə özünə heyranlar ordusu toplanıb, performansı ilə xüsusi seçilən Qarabağ atları, ecazkar milli musiqimiz və zərif Azərbaycan rəqslərindən ibarət olan “Koroğlu” adlı şou-kompozisiya təqdim edilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki