image-qanunla-reklam
image-438170484_2064389910609045_4580475678137596778_n

BDU-də Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş “Respublika Hüquq Olimpiadası” keçirilmişdir

image-lady-day-az

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr edilmiş “Respublika Hüquq Olimpiadası” keçirilmişdir. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsində keçirilən Olimpiada bu formatda hüququn bütün əsas sahələrini əhatə edən Olimpiada olaraq respublikamızda ilk dəfədir ki, keçirilir.
Fakültənin Tələbə Gənclər Təşkilatı olaraq çox qısa bir müddət ərzində olimpiadanın bütün təşkilati işləri tərəfimizdən həyata keçirilmişdir.
Vaxtın məhdud olmasına baxmayaraq olimpiada yüksək səviyyədə təşkil olunaraq iştirakçılar və tədbirimizin qonaqları tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Olimpiadada hər komandada 5 nəfər olmaqla, 7 komanda şəklində hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak etmişlər.
Gərgin mübarizə şəraitində keçən olimpiadanın yekununda Milli Aviasiya Akademiyasını təmsil edən komanda münsiflər heyəti tərəfindən qalib elan edilmişdir. Olimpiadada diqqət çəkən məqamlardan biri də Bakı Dövlət Universiteti və Polis Akademiyasını təmsil edən komandaların eyni nəticə göstərərək 2-ci yeri paylaşmaları olmuşdur.Dövlət İdarəçilik Akademiyasını təmsil edən komanda isə 3-cü yeri tutmuşdur. Respublika Hüquq Olimpiadasında iştirak etmiş komandalar müvafiq hədiyyə, sertifikatlar və diplomlarla mükafatlandırılmışlar.

Layihənin ərsəyə gətirilməsində bizə həm təşkilati həm də mənəvi dəstəy olan hörmətli dekanımız Zaur Aliev müəllimə,dəyərli Esmer Aliyeva xanıma və təşkilati heyətin üzvləri olan bütün müəllimlərimizə dərin minnətdarlığımızı bildiririk!

Və başda müavinlərimiz: Ziyəddin İsmayılov,Khadija Bashirova,Hamida Sadıqova olmaqla,olimpiadanın həyata keçirilməsinə böyük əmək sərf edən komandama təşəkkürlərimi bildirirəm!

Sonda isə olimpiadanın həyata keçirilməsində bizə dəstəy olmuş dəyərli partnyorlarımıza:Mirzayev & Partners Law Firm, Adem Memmedov, Civillex, Yusif Allahverdiyev və partnyorları Vəkil Bürosu, VLM And Partners təşəkkürlərimizi bildiririk!

image-438170484_2064389910609045_4580475678137596778_nimage-438119919_2064390137275689_1722338081782239760_nimage-438098225_2064390053942364_6730335396170480695_nimage-438129267_2064390163942353_5094718205742650619_nimage-438159593_2064390003942369_3548288592877979216_nimage-438162430_2064390110609025_475193991948446346_nimage-438164616_2064389960609040_2263652997231914881_nimage-438172664_2064390147275688_2884912051949886680_nimage-438160909_2064389923942377_1762132201889083819_nimage-440745403_2064389953942374_5885807625510609075_nimage-438165258_2064390093942360_4494656289549385191_nimage-441068129_2064389987275704_3476773966707817089_n


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki